Bakıda Rəqəmsal İmkanlar Mərkəzi yaradılacaq
İqtisadiyyat Nazirliyi Bakıda Rəqəmsal İmkanlar Mərkəzi yaratmağı planlaşdırır.
Bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən “İnMerge İnnovasiya Sammiti”ndə bildirib.
“Mərkəz şirkətlərimizə məhsuldarlığını və rəqabət qabiliyyətliliyini artırmaq üçün innovasiyaları və prosesləri rəqəmsallaşdırmaqda kömək edəcək. Eyni zamanda, novatorlarımız Mərkəzdə rəqəmsal yeniliklərini nümayiş etdirə biləcək. Biz həmçinin bütün rəqəmsallaşdırma və innovasiya prosesində şirkətlərimizə kömək edəcək inteqrasiya olunmuş dəstək proqramını işə salmağı planlaşdırırıq. İnnovasiyanı bir proses kimi gördüyümüz üçün konsepsiyadan inkişafa və inkişafdan tətbiqə qədər bütün prosesdə sahibkarlarımızın və yenilikçilərimizin yanında olacağıq. Bundan əlavə, biz cəmiyyətə və hökumətə fayda gətirəcək Şəhərlərin Rəqəmsal Ekisizi (City Digital Twins) kimi yeni texnologiyaları yaxından izləyirik. Ölkəmizin tərəqqisində ixtisaslı rəqəmsal işçi qüvvəsinin əsas rolunu dərk edərək, digər nazirliklər və hökumət orqanları ilə sıx əməkdaşlığa başlamışıq. Kollektiv səyimiz rəqabətədavamlı insan kapitalı və müasir innovasiya məkanı kimi milli prioritetimizlə uyğunlaşaraq, ölkəmizdə rəqəmsal istedadların yetişdirilməsinə və genişləndirilməsinə yönəlib”, - deyə o qeyd edib.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 5 d. əvvəl
-
-
8 d. əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 16 faiz artıb, 85 milyard dolları keçib
- 22 d. əvvəl
-
31 d. əvvəl
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
1 saat əvvəl
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
"Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib"
Azərbaycan iqtisadiyyatı cüzi kiçilib
Ən çox oxunanlar
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və TuranBank arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Aprelin 14-də gözlənilən hava şəraiti
Vüqar Namazov: "1,5 milyona yaxın olan müştəri bazamız üzərindən "PAŞA Bank"ın yanındayıq"
Birjanın sədri: "Bəzi telekommunikasiya,istehsal və tikinti şirkətləri yaxın illərdə IPO-ya çıxmağa namizəd ola bilərlər"














.jpg)






