Rusiyada araşdırma gənclərin bank əmanətlərinə inamsızlığını üzə çıxarıb
35 yaşdan kiçik gənclərin 58%-i sərmayə üçün əmanətlərə etibar etmir.Müasir gənclər bank əmanətlərinə sərmayə vasitəsi kimi etibar etmir, gənclər kiçik bir investisiya qoymaqla böyük məbləğə qənaət etməyin mümkünlüyünə şübhə edirlər.
Marja xəbər verir ki, bu barədə Rusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğusunun nəticələri göstərir.
Mərkəzin sosial tədqiqatlar şöbəsinin tədqiqat meneceri Dmitri Markovun sözlərinə görə, gənclərin qənaətə münasibəti qeyri-müəyyəndir.
Markov qeyd edib ki, araşdırmanın nəticələri respondentlərin 58%-nin bank əmanətlərinə etibar etmədiyini üzə çıxarıb. O əlavə edib ki, mənfi cavab verən gənclərin 41%-i əmanətlərin faydasız olduğuna “kifayət qədər əmindir”, 17%-i isə buna “mütləq əmindir”.
Araşdırma göstərib ki, gənclər üçün ən etibarlı və effektiv alət daşınmaz əmlak və qiymətli metallardır.
Bundan əvvəl, Rusiya Mərkəzi Bankının uçot faiz dərəcəsinin artması fonunda bir çox yerli banklar depozit faizlərini orta hesabla 13,64%-ə qaldırmışdır.
Cümə günü, oktyabrın 27-də Rusiya Mərkəzi Bankı gözlənilmədən əsas faiz dərəcəsini illik 13 faizdən 15 faizə qaldırıb. Tənzimləyici hesab edir ki, Rusiyada mövcud inflyasiya təzyiqi əhəmiyyətli dərəcədə artıb və Mərkəzi Bankın gözləntilərindən yüksəkdir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
25 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 37 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb

























