Avropa ölkəsinin Prezidenti Azərbaycan şirkətinin layihəsinin təməlqoyma mərasimində iştirak edib
Serbiyada Azərbaycanın “AzVirt” şirkəti tərəfindən Şabac şəhəri yaxınlığında 15,4 kilometr uzunluğundakı “Slepçeviç-Badovinçi” sürətli avtomobil yolunun tikintisinə başlanılıb.
Marja.az xəbər verir ki, avtomagistralın təməlqoyma mərasimində Serbiya Prezidenti Aleksandar Vuçiç, dövlət rəsmiləri, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev və “AzVirt” şirkətinin Belqraddakı nümayəndələri iştirak ediblər. Layihə çərçivəsində dörd yolayrıcı, beş körpü və dörd yerüstü kəsişmənin inşası planlaşdırılır.
Aleksandar Vuçiç bu yolun strateji əhəmiyyətinə toxunaraq deyib ki, indi insanlar Serbiya-Bosniya və Herseqovina istiqamətində daha sürətli hərəkət edə biləcəklər və Biyelina ilə Belqrad şəhərləri arasında əlaqə imkanları genişlənəcək. Serbiyanın Prezidenti gələcək planların Brçko və Banya Luka, daha sonra isə Tuzla və Sarayevo şəhərləri istiqamətində rahatlıqla gedə bilmək olduğunu bildirib.
Qeyd edək ki, sözügedən layihə hazırda tikilməkdə olan Şabatsdan Loznitsaya qədər olan yüksəksürətli yolun davamıdır və onun gələn ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
26 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 38 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
























