XPENG brendi rəsmi olaraq artıq Azərbaycanda! - SAZİŞ İMZALANIB
Azərbaycan bazarına premium modellərin gətirilməsi nəzərdə tutulub. Modellərin adları və xüsusiyyətləri təqdimat zamanı bəlli olacaq.(®) “Azərbaycanın ən böyük avtomobil idxalçılarından biri olaran “SR GroupCo” MMC bu il XPENG brendinin Azərbaycan bazarına daxil olması haqqında saziş imzalayıb.
Bu saziş hər iki şirkətin innovasiyaya, ekoloji təmizliyə və keyfiyyətə olan öhdəliyinin vurğulanmasına yönəlib.
Müqavilənin şərtlərinə əsasən, “SR Elektro motors” MMC XPENG brendinin regionda rəsmi distribütoru olacaq.
Bu tərəfdaşlıq Azərbaycan istehlakçılarına elektrik mobilliyi sahəsində qabaqcıl texnologiyalara çıxış imkanı verəcək, həmçinin XPENG brendi bazarda yerli müştərilərin xüsusiyyətləri və tələbləri nəzərə alınmaqla, müvafiq modelləri təqdim edəcək.
Bu saziş ilə əlaqədar hər iki şirkətin nümayəndələri əməkdaşlığın uğurlu inkişafına və ümumi strateji hədəflərin həyata keçirilməsinə inamlarını ifadə ediblər.
“SR Elektro motors” MMC -in baş direktoru Aynur Xankişiyeva XPENG ilə əməkdaşlıqdan məmnun olduqlarını, tərəfdaşlığın ölkədə elektrik mobilliyi seqmentinin inkişafı üçün yeni üfüqlər açdığını və Azərbaycana innovasiya, rahatlıq və ekoloji təmizlik gətirəcəyinə əmin olduqlarını qeyd edib.
"Xpeng elektrik avtomobillərinin aparıcı istehsalçısıdır, onların qabaqcıl texnologiyası və innovativ həlləri elektrik mobilliyi seqmentində mövcudluğumuzun möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək. Biz əminik ki, bu tərəfdaşlıq Azərbaycanda elektromobil bazarının inkişafı üçün və yeni perspektivlər açır. Müştərilərimizə qabaqcıl texnologiyalara və yüksək keyfiyyət standartlarına əsaslanan ən yaxşı məhsul və xidmət təklif etməyə hazırıq” – deyə “SR Elektro motors” MMC -in baş direktoru Aynur Xankişiyeva bildirib.
Qeyd edək ki, Azərbaycan bazarına premium modellərin gətirilməsi nəzərdə tutulub. Brendə məxsus modellər tamamilə elektriklə çalışır. Fərqli dizaynı ilə seçilən avtomobillərin bazarda tezliklə seviləcəyi şübhəsizdir.
Modellərin adları və xüsusiyyətləri təqdimat zamanı bəlli olacaq. Hələki, tam hansı modellərin gətiriləcəyini açıqlamasa da, yeni brendin ölkəyə möhtəşəm bir təqdimatla daxil olacağı gözlənilir.
Qeyd edək ki, Çinin Xpeng elektrik avtomobil şirkəti təkcə oktyabr ayında rekord sayda - 20 min ədəddən çox avtomobil tədarük edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


