“MKT İstehsalat Kommersiya”nin filiallarında ağacəkmə aksiyası keçirilib
(®) “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” deyən Ümummilli Lider Heydər Əliyevin şüarından yola çıxaraq Zəfər Günü ərəfəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə dərin ehtiram əlaməti olaraq və Heydər Əliyev irsinin əbədiləşdirilməsi məqsədilə ağacəkmə aksiyası keçirilmişdir.
“MKT İstehsalat Kommersiya” MMC-nin fəaliyyət göstərdiyi Aran rayonlarında Heydər Əliyev ilinə və Zəfər Gününün 3-cü il dönümünə həsr olunmuş ağacəkmə marafonunda hər filialda 100 ağac olmaqla ümumilikdə 2000-dən çox ağac əkilmiş və onlara aqrotexniki qulluq göstərilmişdir.
Keçirilən aksiyalarda “MKT İstehsalat Kommersiya” MMC-nin əməkdaşları, o cümlədən hazırda şirkətdə çalışan Vətən müharibəsi qaziləri iştirak ediblər. Layihə çərçivəsində əkilən fidanlar şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və ekoloji tarazlığın bərpası, ətraf mühitin qorunması məqsədi daşımaqdadır.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir. https://www.mktcotton.com
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub


























