10 Avropa ölkəsində 2023-cü ildə iqtisadi tənəzzül gözlənilir
2023-cü ildə Avropa İttifaqının (Aİ) 10 ölkəsində, o cümlədən Almaniyada iqtisadi tənəzzül qeydə alınacaq, Estoniya isə antirekord vuracaq.
Marja xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) payız iqtisadi proqnozunda deyilir.
Brüsseldə keçirilən mətbuat konfransında proqnozu təqdim edən İqtisadi Məsələlər üzrə Avropa komissarı Paolo Gentiloni, "10 Aİ ölkəsi 2023-cü ildə iqtisadi tənəzzüllə üzləşəcək" dedi.
Avropa Komissiyasının yaydığı materiallara əsasən, Almaniya iqtisadiyyatı ilin sonunda 0,3% azalacaq. Ən əhəmiyyətli azalma Estoniyada - 2,6% və İrlandiyada - 0,9% gözlənilir.
Eyni zamanda, 2023-cü ildə Aİ-də ən böyük ÜDM artımını Malta - 4% və Xorvatiya - 2,6% yaşayacaq. Avropa Komissiyasının 0,5% azalma vəd etdiyi İsveç üçün proqnozu bir çox müşahidəçilər üçün sürpriz olub.
AK Avropa iqtisadiyyatlarının tənəzzülünə təsir edən amillər sırasında Rusiyaya qarşı sanksiyaları qeyd etmir.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
20 d. əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
-
42 d. əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
-
1 saat əvvəl
Tarixin ən böyük birja çöküşü qapıdadır: “Hazırlıqlı olan daha da varlanacaq”
-
1 saat əvvəl
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Ən çox oxunanlar
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib






















