Səhiyyə Menecmenti Zirvəsinin spikerləri bəlli oldu!
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB), İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM)“, “Sağlam Ailə” Tibb Mərkəzi və “Facemark” şirkətinin ortaq təşkilatçılığı, VISA şirkətinin baş sponsorluğu ilə ölkədə ilk dəfə keçiriləcək Səhiyyə Menecmenti Zirvəsi 16 noyabr tarixində “Baku Marriott Hotel Boulevard”da təşkil olunacaqdır.
Tədbir “Fərq Yaradır” konsept mesajı ilə bir gün davam edəcək Zirvə “Səhiyyədə dövlət və özəl sektor tərəfdaşlığı”, “Səhiyyədə İnnovasiyalar və Rəqəmsallaşdırma”, “Səhiyyədə Strateji İdarəetmə” panelləri üzrə 3 moderator, 15-dək spiker və 3 məruzəçinin bir araya gətirərək ən yaxşı təcrübələrin mübadiləsinə xidmət edəcək.
Sağlam Ailə Tibb Mərkəzinin İcraçı Direktoru Nigar Rüstəmlinin moderator olduğu “Səhiyyədə Dövlət və Özəl Tərəfdaşlığı” panelində Ankara Bilkent Şəhər Xəstəxanasının Ürək Damar Xəstəxanasının Baş həkimi Mehmet Ali Özatik, “Yeni Klinika”nın direktoru Barat Yusubov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Rəis müavini Nabil Seyidov, İqtisadiyyat Nazirliyinin Aparatında Layihələrin idarə olunması şöbəsinin Dövlət-özəl tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət qızı və TƏBİB-in proseslərin optimallaşdırılması şöbəsinin rəhbəri Ziya Məmmədzadə təcrübələrini bölüşəcəklər.
"Səhiyyədə Strateji İdarəetmə" paneli TƏBİB Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyevin moderatorluğu ilə baş tutacaq. İzmir Bakırçay Universitetinin Səhiyyənin İdarəedilməsi Departamentinin Tibb üzrə fəlsəfə doktoru Seda Kumru, Ankara Bilkent Şəhər Xəstəxanasının Ürək Damar Xəstəxanasının Baş həkim müavini, keyfiyyət və akkredetasiya baş yoxlayıcısı İlhan Aydın, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, “Modern Hospital”ın icraçı direktoru Ravil Tağıyev və TƏBİB-in layihələrin idarəolunması şöbəsinin rəhbəri Fəqan Həsənzadə çıxış edəcəklər.
"Səhiyyədə İnnovasiyalar və Rəqəmsallaşdırma" paneli İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Hökumət layihələrinin və məhsullarının idarəolunması departamentinin rəhbəri Elnur Məmmədli moderatorluğu ilə baş tutacaq. Panel zamanı Adam.az platformasının təsisçi və icraçı direktoru Ülvi Mirzoyev və TƏBİB-in Data analitika şöbəsinin rəhbəri Kamran Qasımov , “Genext Healthcare Solution” şirkətinin təsisçisi Merve Sarikaya Can və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti | Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev panelin spikerləri olacaqdır.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev, Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayıl və Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sevinc Alızadə isə tədbirin məruzəçiləri qismində çıxış edəcəklər.
Zirvə haqqında ətraflı məlumatı və iştirak üçün biletləri www.hmsbaku.az rəsmi veb saytından, eyni zamanda sosial media hesablarından əldə etmək mümkündür. Zirvə haqqında ətraflı məlumatı və iştirak üçün biletləri www.hmsbaku.az rəsmi veb saytından, eyni zamanda sosial media hesablarından əldə etmək mümkündür.
Tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi, "Medsol" MMC, BeIT&Partners şirkətlərinin sponsorluğu, “Başkent” restoranlar şəbəkəsinin, Dayaq Patronaj Xidmətinin dəstəyilə keçirilir.
Facebook: https://www.facebook.com/hmsbaku
İnstaqram: https://www.instagram.com/hmsbaku
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
















.jpg)






.jpg)
