Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

UBS-dən Fed ilə bağlı iddialı proqnoz

iç səhifə xəbər başlığı altı (mobil)_31
UBS-dən Fed ilə bağlı iddialı proqnoz
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

50-dən çox ölkədə maliyyə xidmətləri göstərən UBS İnvestisiya Şirkətinin strateqləri ABŞ Mərkəzi Bankının (FED) gələn il faiz dərəcələrini 2,75 faiz bəndi azaldacağını proqnozlaşdırırlar.

Marja.az xəbər verir ki, bu göstərici bazarların proqnozunda təxminən dörd dəfə yüksəkdir.

UBS-in strateqləri proqnozlaşdırırlar ki, inflyasiyanın davamlı azalması mərkəzi banka mart ayından etibarən yumuşaq pul siyasətinə başlamağa imkan verəcək və faiz dərəcələrinin böyük artımlarla aşağı salınması ehtimalı var.

Strateqlər, 2024-cü ilin sonuna qədər faiz dərəcələrinin 2,5 - 2,75 faiz aralığına, 2025-ci ilin əvvəlində isə 1,25 faizədək düşəcəyini gözləyirlər. Proqnozlar ABŞ iqtisadiyyatının ikinci rübdə resessiyaya girəcəyi gözləntilərinə əsaslanır.

Bunun əksinə olaraq, valyuta bazarları FED-i gələn iyul ayından başlayaraq ilin sonunadək faiz dərəcələrini cəmi 0,75 faiz bənd aşağı salacağını gözləyir.

14.11.2023 10:43

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18