Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Çin yanvar-oktyabr aylarında neft və qaz idxalını artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin yanvar-oktyabr aylarında neft və qaz idxalını artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2023-cü ilin yanvar-oktyabr aylarında Çin neft və təbii qaz idxalının həcmini müvafiq olaraq 14,5% və 8,8% artırıb.

Marja.azÇin Xalq Respublikasının Baş Gömrük İdarəsinin çərşənbə axşamı açıqladığı məlumatlara istinadən xəbər verir.

Hesabat dövründə Çin 473,21 milyon ton neft idxal edib, qiymət baxımından xaricdən xam neftin alınması 280 milyard dollara başa gəlib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7,7% azdır.

Oktyabrda Çin xaricdən 32,3 milyard dollara 48,9 milyon ton neft alıb.

2023-cü ilin yanvar-oktyabr aylarında təbii qaz idxalının həcmi 51,1 milyard ABŞ dolları olub (qiymət ifadəsində 7,3 faiz azalma).

2023-cü ilin ilk on ayında kömür idxalı 383,6 milyon ton (artım 66,8%) təşkil edib və Çinə 43,2 milyard dollara (qiymət ifadəsində artım 26,7%) başa gəlib. Oktyabr ayında Çin xaricdən 3,53 milyard dollara 35,9 milyon ton kömür alıb.

07.11.2023 12:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18