AZAL əməkdaşları yeni forma geyinəcəklər
Azərbaycanın milli aviadaşıyıcısı AZAL öz əməkdaşları üçün yeni forma təqdim edib.
AZAL-ın yaydığı məlumatda bildirilir ki, yeni forma, müştəri təcrübəsinin təkmilləşdirilməsi, insanlara qayğı, həmçinin brendin identik şəkildə qəbul edilməsini təmin edən uğurlu müştəri yolunun bir tərkib hissəsidir.
“Komandanın yeni obrazı aviaşirkət müştərilərinin gözləntilərinə cavab verəcək bir sıra xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm dəyişikliklər, o cümlədən personalın peşəkarlıq səviyyəsinin artırılması, yenilənmiş menyu və digər bir çox detalları aydın şəkildə əks etdirir,” - deyə yeni təyin olunmuş Müştəri Təcrübəsinin İdarəolunması İdarəsinin Rəhbəri Varda Harhara bildirib. “Bütün bunlar AZAL-ın əsas prioritetlərindən biri olan rahat və qüsursuz səyahət təcrübəsinin ayrılmaz hissəsidir.”
Qeyd edilib ki, Dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl tərəfindən hazırlanmış yüksək keyfiyyətli eleqant kolleksiya zərif üslubu və müasir tendensiyaları ilə seçilir.
“Mən fəxr edirəm ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti öz əməkdaşları üçün yeni obrazın işlənib hazırlanmasında mənim baxışıma etimad göstərib. Klassik üsluba müasir dəb elementləri əlavə edərək uğurlu bir sembioz yaratmağa çalışdıq. Məqsədimiz, hər zaman aktual və trendlərlə yüklənməmiş kolleksiya yaratmaq idi”, - deyə Rüfət İsmayıl bildirib.
Yeni forma uçuş heyəti, “VIP Lounge” və aviaşirkətin rəsmi kassalarının əməkdaşları üçün nəzərdə tutulub.
Kolleksiyada brendin identik şəklində qəbul edilməsini təmin edən donlar, dəbli kostyumlar, ayaqqabılar və aksesuarlar vahid dizaynda yer alır. Kolleksiyaya aviasiya personalının iş xüsusiyyətləri və şəraitini nəzərə alan, rahatlıq və mükəmməl uyğunluğu təmin edən parçalardan hazırlanmış yay və qış geyimləri daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
18 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)



