Rubl iyul ayı ərzində 2% ucuzlaşıb
Rubl ötən ayın son günündə nəzərəçarpacaq dərəcədə ucuzlaşaraq, Dollar/Rubl məzənnəsi 60 rublu, Avro/rubl məzənnəsi isə 70 rublu keçib.
"Marja" Rusiya mətbuatına istinadən xəbər verir ki, İyulun yekunları üzrə Rusiya valyutası 2% dəyərdən düşüb. Dünən axşam dollar (USD/RUB) 0,8% bahalaşaraq 60,03 rubl, avro (EUR/RUB) 1,07% artaraq 70,77 rubl təşkil edib.
Rublun ucuzlaşmasının əsas səbəbi kimi siyasi risklər göstərilir. ABŞ Konqresi ötən həftə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini təqdir edib və ABŞ prezidenti Donald Тramp bu qanun layihəsini imzalamaq niyyətindədir. Vladimir Putin ABŞ-a, Konqres tərəfindən təsdiq olunan yeni sanksiyaların qarşılığında, Rusiyada akkreditə olunmuş diplomat sayının təxminən üçdə ikisini azaltmaq göstərişi verib.
ABŞ Dolları, Ağ Ev ilə Şimali Koreya və Rusiya arasında artan gərginlik əlaqədar olaraq ucuzlaşır.
Rublun ucuzlaşmasının digər səbəbləri ABŞ-dakı siyasi qeyri-müəyyənliklərdir. Trump rəhbərliyinə olan güvən, iqtisadi göstəriclərin sabitlik qazanmasına baxmayaraq, siyasətdə təkrar-təkrar atılan yanlış addımlarla azalır. Digər tərəfdən siyasi qalmaqallar və Senat maneəsi Trump-ın seçki zamanı söz verdiyi islahatları həyata keçirə biləcəyi ehtimalını azaldır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
10 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 12 saat əvvəl
-
12 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"



















