Əmanətlərin Sığortalanması Fondu Qırğızıstan nümayəndə heyətini qəbul edib
Əsas fəaliyyət istiqamətləri ölkədə əmanətlərin sığortalanması mexanizminin beynəlxalq standartlara uyğunlaşdırılması, qlobal təcrübənin öyrənilməsi, tətbiqi, digər ölkələrin analoji qurumları ilə əməkdaşlığın genişləndirilməsi olan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Qırğızıstan Əmanətlərin Qorunması Agentliyinin nümayəndə heyətini ƏSF-nin inzibati binasında qəbul etmişdir.
Qırğızıstan Əmanətlərin Qorunması Agentliyi tərəfindən İdarə Heyətinin sədri Roza Korçubekovna Aknazarova, İcraçı direktorun müavini Nurlan Mokuşeviç Baybosunov və Sistem inzibatçısı Bektur Kemeloviç Ryskeldievin Fonda səfəri çərçivəsində qarşılıqlı görüşlər baş tutmuşdur.
Belə ki, ƏSF-nin rəhbərliyi, eyni zamanda İnformasiya texnologiyaları və təhlükəsizlik və Risklərin idarə edilməsi, təhlil və investisiya departamentlərinin əməkdaşları ilə nümayəndə heyəti arasında baş tutmuş iki günlük görüşdə ƏSF ilə Qırğızıstan Əmanətlərin Qorunması Agentliyinin fəaliyyət istiqamətləri və inkişaf perspektivləri, habelə informasiya texnologiyaları da daxil olmaqla ƏSF-nin risklərinin qiymətləndirilməsi və təhlili, maliyyə sektorunun səmərəliliyi və inkişafı ilə bağlı ətraflı müzakirələr aparılmışdır.
Görüş zamanı diqqətə çatdırılmışdır ki, ƏSF son illər informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində mühüm tərəqqiyə nail olmuş, eləcə də dünyada və ölkədə gündəmdə olan müasir elektron proqramlar haqqında yeni təcrübələrə və biliklərə sahiblənmişdir. Nümayəndə heyətinin üzvləri bu sahədə aparılmış işləri yüksək qiymətləndirmiş və ƏSF-nin İKT üzrə gələcək inkişaf perspektivləri haqqında məlumatlandırılmışlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
10 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















.jpg)



