Hökmdarın 600 illiyi münasibətilə qızıl sikkə istehsal edilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Ağqoyunlu dövlətinin hökmdarı, Azərbaycan çoxəsrlik dövlətçiliyi tarixindəki xüsusi yeri olan Uzun Həsənin anadan olmasının 600 illiyi münasibətilə qızıl sikkə istehsal edilib.
Marja xəbər verir ki,nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı, 20 qram çəkiyə malik qızıl sikkələr Heydər Əliyev Mərkəzində təşkil edilən “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisində nümayişə çıxarılıb.
Yeni qızıl sikkə “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində də müştərilərə təqdim edilir. Məhsulları, həmçinin onlayn satış platforması (www.azergold.gift) vasitəsilə əldə etmək mümkündür.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən yerli pərakəndə bazarı üçün Azərbaycan qızılı və gümüşündən hazırlanan sikkələr ilk dəfə 2018-ci ildə istehsal edilib. Məqsəd yerli qiymətli metallar bazarının inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır. Müxtəlif qızıl və gümüş sikkə kolleksiyaları ölkəmizin, onun tarixi, incəsənəti, mədəni irsinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya alətidir. Bugünə qədər müxtəlif çəkilərdə istehsal edilmiş “Heydər Əliyev Mərkəzi”, “Qobustan”, “Qarabağ xalçası: “Çələbi” naxışlı qızıl və gümüş sikkələri, həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə həsr olunmuş “Şuşa” və “Qarabağ inciləri” qızıl sikkələri, o cümlədən Xan qızı Natəvanın 190 illiyinə həsr olunmuş qızıl sikkə kolleksiyası ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi

























