“Yapı Kredi Bank Azərbaycan” “VII BEYNƏLXALQ BANKÇILIQ FORUMU”nun tərəfdaşı olub
(®) “Yapı Kredi Bank Azərbaycan” QSC-nın tərəfdaşlığı əsasında və iştirakı ilə keçirilən forumun məqsədi qlobal miqyasda bank-maliyyə sektorunda rəqəmsallaşma proseslərinin, innovativ maliyyə texnologiyalarının tətbiqi trendlərinin, bu trendlərin maliyyə inklüzivliyinin artırılmasında rolunun, həmçinin iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı çağırışların və təşəbbüslərin müzakirə edildiyi platforma formalaşdırmaqdan ibarətdir.
01-02 noyabr 2023-ci il tarixində keçirilən “VII Beynəlxalq Bankçılıq Forumu”nun mövzusu: Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıqdır. Forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilir. Forum Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbiridir.
Forumda Ahmet Ersoy (Yapı Kredi Teknoloji A.Ş. Baş Direktorunun müavini) “Ağıllı Avtomatlaşdırma və Süni İntellekt Tətbiqləri ilə Bankınızı Rəqəmsallaşdırın” və Bilge Köroğlu (Yapı Kredi Bankası Tekonoloji A.Ş-nin tətbiqi və süni zəka, araşdırma departamentinin tətbiqi məlumatlar üzrə müdiri) “Yapı Kredi Texnologiya Araşdırma və İnkişaf Tətbiqləri” mövzularında çıxış etmişdir.
Forumun sonunda Azərbaycan Banklar Assosiasiyası Beynəlxalq Bankçılıq Forumuna göstərdiyi dəstəyə görə “Yapı Kredi Bank Azərbaycan” QSC-yə “Bank Tərəfdaşı” nominasiyasında təşəkkürnamə təqdim etmişdir.
“Yapı Kredi Bank Azərbaycan” QSC hər zaman maliyyə sektorunun inkişafına öz töhfəsini verir.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 53 d. əvvəl
-
58 d. əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
-
16 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi



















