“Azərsığorta”nın yeni biznes strategiyası uğurludur - ŞİRKƏT MƏNFƏƏT AÇIQLADI
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta brendi) 2022-ci il 2 milyon 302 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2021-ci ili 29 milyon 353 min min manat xalis zərər ilə bağlamışdı.
Marja.az xəbər verir ki, Dövlət Sığorta Kommersiya Şirkətinin ötən il əldə etdiyi xalis mənfəət onun yığılmış zərərinin azalmasına səbəb olub.
Həmçinin, ötən il "Azərsığorta"nın cəmi kapitalındakı kəsir 2 milyon 399 min manat azalıb və mənfi 11 milyon 293 min manatdan mənfi 8 milyon 893 min manata düşüb.
31 dekabr 2023-cü il tarixində Dövlət Sığorta Kommersiya Şirkəti 15 milyon 848 min manat cəmi aktivlərə, 24 milyon 742 min manat cəmi öhdəliklərə malik olub. Ödəliklərin 23 milyon 209 min manataı qeyri-həyat sığortası üzrə sığorta ehtiyatları olub.
Qeyd edək ki, “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti 1921-ci il, oktyabr ayının 21-də SSRİ Maliyyə Nazirliyinin idarə etdiyi “Qosstrax” tərəfindən tənzimlənən yerli Dövlət Sığorta İdarəsi (“Azqosstrax”) kimi fəaliyyətə başlamışdır.
Respublikada sığorta işi 1990-cı illərdən sonra daha dinamik inkişaf etməyə başladı və 1991-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sığorta (Azqosstrax) bazası əsasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmışdır.
Prezident İlham Əliyevin 2020-ci il 07 avqust tarixli Fərmanına əsasən "Azərbaycan İnvestisiya Holdinqi" təsis edilmiş və 2021-ci il 22 sentyabr tarixli, 2907 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin idarə olunmasının əsasları "Azərbaycan İnvestisiya Holdinq"inin səlahiyyətinə verilib.
Hazırda “Azərsığorta” brendi altında fəaliyyətini uğurla davam etdirən Dövlət Sığorta Şirkəti bütün ölkə üzrə geniş filial şəbəkəsinə malikdir. Şirkət yeni biznes strategiyası ilə bazardaki mövqeyini daha da gücləndirmək üçün inamlı addımlar atmaqda davam edir. Şirkət tam şəkildə yenilənmə mərhələsi keçməkdədir. İslahatlar və yeni layihələr nəticəsində şirkət sığorta bazarında yeni imkanlar yaradaraq bazarın əsas iştirakçısına çevrilməkdə davam edir.
Dinamik inkişaf edən “Azərsığorta” hazırda sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün növ qeyri-həyat sığortası məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 d. əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
-
- 12 d. əvvəl
-
19 d. əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
55 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Ən çox oxunanlar
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir























