Pakistan Mərkəzi Bankı uçot dərəcəsini 22% səviyyəsində saxlayıb
Pakistan Dövlət Bankının Pul Siyasəti Komitəsi (SBP, mərkəzi bank) əsas siyasət faizini 22% səviyyəsində saxlayıb.
"Oktyabr ayında ölkədə inflyasiya səviyyəsi gözlənildiyi kimi artıb. Bununla belə, qiymət artımlarının noyabr ayında və qarşıdakı dövrdə, xüsusən də cari 2023-2024-cü maliyyə ilinin ikinci yarısında mülayim olacağı və aşağı istiqamətli trayektoriyada qalacağı proqnozlaşdırılır". SBP-nin məlumatında deyilir.
Qeyd edilib ki, qlobal neft qiymətlərindəki son dəyişkənlik, eləcə də qaz qiymətlərindəki artımlar 2023-2024-cü maliyyə ili üçün inflyasiya proqnozu üçün müəyyən risklər yaradır.
Mərkəzi Bank bildirib ki, cari əməliyyatlar hesabının kəsiri avqust və sentyabr aylarında əhəmiyyətli dərəcədə azalıb və bu, valyuta ehtiyatlarının sabitləşməsinə kömək edib. Həm istehlakçılar, həm də biznes üçün inflyasiya gözləntiləri yaxşılaşıb.
SBP sərt pul siyasətinin davam etdirilməsinin zəruriliyinə işarə edərək, "Lakin dünya neft qiymətləri olduqca qeyri-sabit olaraq qalır və Yaxın Şərqdəki münaqişə onların perspektivlərini daha da qeyri-müəyyən edir",- bildirib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
5 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























