ABB Dayanıqlı İnkişaf Hesabatını təqdim etdi
Regionun ən böyük maliyyə qurumlarından olan ABB 2022-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatını açıqlayıb.
Hesabat Qlobal Hesabatlılıq Təşəbbüsünün (GRI) 2021 Standartlarının tövsiyələrinə, eləcə də BMT-nin və digər beynəlxalq təşkilatların dayanıqlılıq üzrə təşəbbüslərinə istinadən hazırlanıb.
Hesabatda ABB-nin müxtəlif dayanıqlılıq mövzuları, yəni sosial, ətraf mühit, iqtisadi və məsuliyyətli idarəetmə üzrə fəaliyyət nəticələri təqdim olunur. Məlumatları oxuculara daha aydın və müqayisəli göstərmək üçün ABB-nin fəaliyyətinə dair vacib göstəricilər üç il üzrə təqdim edilir. Hesabatda açıqlanan qeyri-maliyyə göstəricilərinin düzgünlüyünü və şəffaflığını təmin etmək məqsədilə beynəlxalq audit şirkəti olan EY müstəqil əminlik bəyannaməsinin verilməsi üçün cəlb edilib.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Açıqlıq, şəffaflıq bizim əsas fəaliyyət prinsiplərimizdəndir. 2022-ci üzrə Dayanıqlı İnkişaf Hesabatımız da bu prinsipə xidmət edir. Bununla sektorda daha bir müsbət nümunə yaratmağı hədəfləyirik. Hesabatda Bankımızın bütün tərəfdaşlarla qarşılıqlı güvənə əsaslanan münasibətləri öz əksini tapıb”.
Hesabatla buradan tanış ola bilərsiniz
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
8 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























