Dövlət şirkətinin milyonluq tenderlərinin qalibi olmuş şirkət ləğv edilir
"CAT İnternational Azərbaycan" MMC ləğv olunduğunu elan edib.
Marja.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 29, mənzil 315 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, 2015-ci ildə 100 min avro ilə dövlət qeydiyyatına alınmış "Cat İnternational Azərbaycan" MMC-nin qanuni təmsilçisi Əliyev Araz Təvəkkül oğludur.
Qeyd edək ki, "CAT İnternational Azərbaycan" yükdaşıma fəaliyyətilə məşğul olub. Vaxtilə şirkət “Azəralüminium” MMC-nin tenderlərində qalib olub və yüklərinin daşınmasını həyata keçirib. Məsələn, "Azəralüminium" MMC tərəfindən elanı verilmiş iki il ərzində 66000 ton anodun FOB Tianjin-Gəncə və 53300 ton alüminium külçə, rulon və billet yüklərinin Gəncə- ABŞ, Avropa və Türkiyə istiqamətlərində konteynerlərdə daşınması xidmətinin satın alınması üçün keçirilən açıq tenderin qalibi "Cat İnternational Azərbaycan" MMC şirkəti olmuşdu. "Cat İnternational Azərbaycan" şirkəti ilə 25.08.2020-ci il tarixində 9 milyon 635 min manat məbləğində satınalma müqaviləsi bağlanmışdı.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
11 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























