PAŞA Həyat və İRS Nəşriyyat evi yeni “Şirvanşahların minilliyi” və “Kəlam və fırça” kitablarını təqdim edib
(®) 19 oktyabr tarixində PAŞA Həyat şirkətinin dəstəyi ilə “İRS” silsiləsi çərçivəsində nəşr edilən “Şirvanşahların minilliyi” və “Kəlam və fırça” kitablarının təqdimat mərasimi keçirilib.
Şirvanşahların hakimiyyət tarixini əhatə edən “Şirvanşahların minilliyi” , digəri isə Təbriz miniatür məktəbinin öz qiymətli və zəngin nümunələrini bizə təqdim edən “Kəlam və fırça”dır. Kitablar Azərbaycan ilə yanaşı beynəlxalq səviyyədə Azərbaycan, rus və ingilis dillərində yayımlanmışdır.
Tədbirdə çıxış edəm "İRS" jurnalının baş redaktoru Musa Mərcanlı bildirib ki, bu günədək “İRS” seriyasından olan bütün kitablar oxucular tərəfindən çox maraqla qarşılanıb. “Minillik tarixi olan Şirvanşahlar dövlətinin Azərbaycan tarixində mühüm yeri var. Çünki min il ərzində o dövlətdə elə proseslər baş verib ki, sözün həqiqi mənasında bütün dünya xalqları üçün bir örnəkdir”, - deyə baş redaktor diqqətə çatdırıb.
“PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov bu kitabların ölkə tarixinin, mədəniyyətinin nümayiş etdirilməsində əhəmiyyətli olduğunu qeyd edib, tariximizin hər kəs tərəfindən dərindən araşdırılmasının vacibliyini, PAŞA Həyat şirkətinin korporativ sosial məsuliyyət fəaliyyətində bu vacib istiqamətin mühüm önəm kəsb etdiyini vurğulayıb. O, indiyədək 20-dən çox kitabın buraxıldığını və bu cür layihələrin bundan sonra da davam etdiriləcəyini bildirib.
Tədbirdə digər çıxış edənlər – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli və tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov Azərbaycan tarixinin gələcək nəsillərə ötürülməsində kitabların əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, “İRS” seriyasından olan “Şirvanşahların minilliyi” kitabında Şirvanşahlar dövlətinin iqtisadi, beynəlxalq və digər əlaqələrinə aid yeni yanaşmalar, faktlar qeyd edilib. Kitabın Azərbaycançılıq ideyalarını izləyən qiymətli bir kitab olduğu diqqətə çatdırılıb.
Təqdimat mərasimində rəsmi qonaqlar, dövlət və ictimaiyyət nümayəndələri, media mənsubları iştirak ediblər. Tədbir bədii hissə ilə davam edib.
Bildirək ki, İRS silsiləsi çərçivəsində ərsəyə gələn kitablar cəmiyyətimizin və ölkəmizin mədəni sərvətlərini tanıtmaq üçün əhəmiyyətli rol oynayır. Azərbaycanın qədim tarixini, füsunkar təbiətini, çoxəsrlik mədəniyyətini özündə əks etdirən yüksək keyfiyyətli çap məhsullarının hazırlanmasına tarixçilər və xarici mütəxəssislər də cəlb olunur.
PAŞA Həyat və İRS Nəşriyyat Evinin birgə əməkdaşlığı çərçivəsində indiyədək çox sayda kitab işıq üzü görüb. Bunlar nəşr olunmuş “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Qədim və gözəl Qarabağ”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, ”Zəfər Salnaməsi”, “Qarabağ – əsrlərin salnaməsi”, “Gəncə - Nizami yurdu”, “Şəki - Gözəlliyin Sehri”, “Salam, Azərbaycan!”, “Qarabağın Qara Kitabı” və “Qarabağ – Qələbə Yolları ilə”, "Şuşa. Zirvədən uca", "Şuşa. Qarabağın ulduzu", "Gizli ölüm toxumları", “Dirçəliş. Başlağıc” kitablarıdır.
Qeyd edək ki, Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2022-ci il tarixinə şirkətin audit olunmuş məcmu aktivləri 562 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, yığım tərkibli “Həyatın yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 11 saat sonra
- 8 saat sonra
- 6 saat əvvəl
-
-
9 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
9 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
10 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş





















