Mülki aviasiya sahəsində yığımlar və dövlət rüsumları müəyyənləşir
Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə yığımlar və dövlət rüsumu ödəniləcək
Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə yığımlar və dövlət rüsumu ödəniləcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Mülki aviasiya sahəsində aşağıdakı icazələrin, o cümlədən şəhadətnamə, vəsiqə və sertifikatların verilməsi və tanınması xidmətlərinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir:
- hava limanlarına və ya aerodromlara uyğunluq sertifikatının verilməsi;
- hava nəqliyyatı istismarçılarına sertifikatın verilməsi;
- mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının verilməsi;
- mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının təkrar verilməsi;
- hava gəmilərinə qeydiyyat sertifikatının verilməsi;
- hava gəmisinin növ sertifikatının tanınması;
- hava gəmilərinə uçuşa yararlılıq sertifikatının verilməsi;
- hava gəmilərinə uçuşa yararlılıq sertifikatının müddətinin uzadılması;
- hava təhlükəsizliyi və aeronaviqasiya üçün istifadə olunan avadanlıqlara uyğunluq sertifikatının verilməsi;
- aviasiya təhlükəsizliyi üçün istifadə olunan avadanlıqların sertifikatının tanınması;
- xüsusi şəraitdə uçuşların yerinə yetirilməsinə icazə verilməsi;
- müntəzəm marşrutlara uçuş icazəsinin verilməsi;
- qeyri-müntəzəm (çarter) marşrutlara uçuş icazəsinin verilməsi.
Mülki aviasiyada təhlükəsizliyin maliyyə təmini məqsədilə xidmət təminatçılarına mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqqı tutulur.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) xidmət təminatçıları tərəfindən göstərilən hava limanları xidmətləri və aeronaviqasiya xidmətlərinə görə yığımların məbləğinin hesablanması qaydasını müəyyən edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur









.jpg)










