ExxonMobil-in gəliri və mənfəəti artıb
ABŞ-ın ən böyük neft şirkəti ExxonMobil-in, ilin ikinci rübündə xalis mənfəət və gəlirlərinin artdığı bildirilib.
"Marja" xəbər verir ki, ExxonMobil-dən verilən açıqlamada, şirkətin ikinci rübdəki gəlirinin, keçən ilin eyni dövrünə nisbətən 9 faiz artaraq 62,88 milyard dollara yüksəldiyi bildirilib. Şirkət, 2016-nın ikinci rübündə 57,69 milyard dollar gəlir əldə etmişdi.
Açıqlamada, şirkətin ikinci rübdəki xalis mənfəətinin də ötən ilin eyni dövrü ilə müqayisədə 97 faiz artımla 3,35 milyard dollara çatdığı qeyd edilib. ExxonMobil, keçən ilin aprel-iyun dövründə 1,7 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin, ötən ilin ikinci rübündə bir səhmə düşən mənfəəti 0,41 dollar ikən, sözügedən göstərici bu ilin analoji dövründə 0,78 dollara çatıb.
Açıqlamada fikirlərinə yer verilən ExxonMobil-in rəhbəri Darren W. Woods, ilin ikinci rübündə artım göstərən xam neftin qiymətlərinə işarə edərək, bunun balansa müsbət təsir etdiyini qeyd edib.
Digər tərəfdən, ExxonMobil-in ikinci rüb xalis mənfəət və gəlirinin bazar gözləntilərindən aşağı çıxmasının ardından, şirkətin Nyu-York Birjasında əməliyyat görən səhmləri bu gün 1,7 faiz azalma ilə 78,27 dollara qədər geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
-
13 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 16 d. əvvəl
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)
.jpg)










.jpg)







