VTB (Azərbaycan)-dan 8,6 milyon manat xalis mənfəət
"Bank VTB (Azərbaycan)" ASC 2023-cü ilin 9 ayının (yanvar-sentyabr) yekunu üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı məlumatda bildirilir ki, 30 sentyabr 2023-cü il tarixinə bankın aktivləri 231 milyon 238 min manat təşkil edib, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,5% çoxdur. Bank hesabat dövrünü 8 milyon 643 min manat xalis mənfəətlə başa vurub.
"Hesabat dövründə bankın kredit portfeli 18% artıb: pərakəndə kreditləşmə 12%, biznes kreditləri 22,5%, ipoteka kreditləşməsinin artımı isə 23%-ə çatıb. Maliyyə bazarında biz yüksək aktivliyi qeyd edirik və bunun ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırırıq", - deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.
Bankın faiz gəlirləri 8,3%, xalis faiz gəlirləri isə 16,4% artıb.
30 sentyabr tarixinə bankın məcmu kapitalı ilin əvvəlindən 2,6% artaraq 82 milyon 272 min manat təşkil edib və Azərbaycan Mərkəzi Bankının minimum tələblərini 64%-dən çox üstələyir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
18 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























