Qərbin silah şirkətlərinin səhmləri kəskin bahalaşdı
Qərb silah şirkətlərinin səhmləri İsrail və HƏMAS arasında gedən müharibə fonunda kəskin bahalaşıb. Yaxın Şərqdəki hərbi toqquşmalar da istiqrazlar və qızıl kimi təhlükəsiz aktivlərə tələbatın artmasına səbəb olub.
Avropa və ABŞ-da müdafiə sənayesi şirkətlərinin səhmləri artan geosiyasi gərginlik fonunda oktyabrın 9-da bazar ertəsi ticarətdə kəskin bahalaşıb.
Marja.az-ın məlumatına görə, İsrail və HƏMAS arasında oktyabrın 7-də başlayan müharibə Yaxın Şərqdə münaqişənin yeni dalğasına səbəb ola bilər.
İsveçin Saab şirkətinin səhmləri 8,6% bahalaşıb və Avropa birjalarında artımın lideri olub. İtaliyanın Leonardo və Almaniyanın Rheinmetall şirkətlərinin səhmləri 5,1% bahalaşıb. Böyük Britaniyanın ən böyük müdafiə şirkəti BAE Systems-in səhmləri 4% bahalaşıb.
ABŞ-da əsas sessiyanın açılışından sonra ABŞ-ın ən böyük müdafiə şirkətlərinin qiymətləri də yüksəlib. Lockheed Martin şirkətinin səhmləri 8%, RTX Corp (keçmiş Raytheon Technologies) səhmləri 4%, Northrop Grumman səhmləri 10%, General Dynamics səhmləri isə 7% dəyər qazanıb.
Yaxın Şərqdəki hərbi toqquşmalar da istiqrazlar və qızıl kimi təhlükəsiz "sığınacaqlara" olan tələbi artırıb və neft qiymətlərinin 5% artmasına səbəb olub.
Oktyabrın 7-də Qəzza zolağına nəzarət edən Fələstinin HƏMAS hərəkatı İsrailə hücum edərək hərbi əməliyyata başladığını elan edib. HƏMAS şəhərlərə kütləvi raket zərbələri endirməyə başlayıb və onun yaraqlıları ölkənin cənubundakı məskunlaşan əraziləri zəbt edərək mülki əhalini və hərbçiləri girov götürüb.
İsrail buna cavab olaraq antiterror əməliyyatına başlayıb və Qəzza zolağına hava zərbələri endirib. Bütün İsraildə fövqəladə vəziyyət elan edilib. Baş nazir Netanyahunun ofisi bildirib ki, İsrail rəsmən müharibə vəziyyətinə düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 d. əvvəl
AYNA: Şəhər avtobusları gecə saat 00:00-a qədər işləyə bilər
-
28 d. əvvəl
Bakıda avtobuslarda təqaüdçü və tələbələrə güzəştli gediş haqqı tətbiq olunacaq
-
-
29 d. əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
-
41 d. əvvəl
Quru yollar əhali üçün 1 yanvar 2026-cı il tarixinədək bağlı qalacaq - QƏRAR
-
58 d. əvvəl
"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
2 saat əvvəl
"Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım"
-
2 saat əvvəl
"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
Son Xəbərlər

AYNA: Şəhər avtobusları gecə saat 00:00-a qədər işləyə bilər

“Sarı metal”ın qiyməti 3700 dolların üzərində möhkəmlənə bilsə, bahalaşma daha kəskin xarakter ala bilər"

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur
