Elektron əmtəə-nəqliyyat qaiməsi sistemi üzrə işlər yekunlaşmaqdadır - NƏZARƏT GÜCLƏNƏCƏK
Əmtəə təyinatlı yüklərin daşınmasına nəzarət gücləndirilirRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
“Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin ölkədaxili daşınması zamanı yükdaşıma müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilməlidir. Bu sənədlə rəsmiləşdirilməyən əmtəə təyinatlı yüklərin daşınmasına yol verilmir. Bununla əlaqədar elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi ilə bağlı qaydalar müəyyən edilib.
Marja.az-ın məlumatına görə, “AYNA” informasiya sistemi çərçivəsində tətbiq edilməsi nəzərdə tutulan elektron əmtəə nəqliyyat qaiməsi yük daşımalarında tərtib edilən sənədlərin elektronlaşmasını nəzərdə tutur. Bu sənədin elektronlaşması yükgöndərən, daşıyıcı və yükalanı vahid elektron məkanda əlaqələndirməklə onların resurslarına qənaət etmək imkanı verəcək. Əmtəə nəqliyyat qaiməsinin elektron qaydada tərtibi, həmçinin yük daşımalarında şəffaflığın artırılması üçün də geniş imkanlar yaradacaq.
Hazırda elektron əmtəə-nəqliyyat qaiməsi sisteminin hazırlanması istiqamətində işlər yekunlaşmaqdadır. Hazırlanan sistemin İqtisadiyyat Nazirliyi və Daxili İşlər Nazirliyinin müvafiq sistemləri ilə inteqrasiyası təmin edilib.
Sistem çərçivəsində daşıma haqqının elektron qaydada ödənilməsi imkanları da yaradılacaq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 22 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz


























