AQTA sədri Moskvada “Rosselxoznadzor”un rəhbərilə görüşüb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri çərçivəsində oktyabrın 6-da bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvertlə görüşü keçirilib.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, görüşdə Rusiya Federasiyasından ölkəmizə yüksək riskli qida məhsulları idxal edilən müəssisələrin qeydiyyatı və təsdiqi ilə bağlı məsələlər nəzərdən keçirilib.
Prosesin uğurla aparıldığı və bu vaxtadək qeydiyyatdan keçməyən müəssisələrdən məhsul idxalına icazə müddətinin 2023-cü il 31 dekabr tarixinədək uzadıldığı vurğulanıb. Eyni zamanda görüşdə Rusiya Federasiyasının təsdiq sisteminin ekvivalentliyi, Azərbaycan Respublikasından bu ölkəyə ixrac olunan heyvan mənşəli məhsulların keyfiyyət və təhlükəsizliyinə dair nəzarətin daha da sadələşdirilməsi və iki ölkə arasındakı dövlət sərhəd-keçid məntəqələrində baytarlıq nəzarətinin gücləndirilməsi və sərhədyanı bölgələrdə baytarlıq tədbirlərinin təşkilinə dair birgə görüşlərin keçirilməsi müzakirə edilib, təkliflər irəli sürülüb.
Görüşdə transsərhəd heyvan xəstəliklərinə qarşı tədbirlərin bir-birilə əlaqəli şəkildə həyata keçirilməsi, vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsinin sərhədin hər iki tərəfində eyni vaxtda aparılması, heyvanların identifikasiyası üzrə əməkdaşlıq, heyvan mənşəli məhsulların ixracına nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunub.
Görüşdə həmçinin iki ölkə arasında fitosanitar sahədə idxal-ixrac nəzarətinin daha da təkmilləşdirilməsi məqsədilə informasiya sistemlərinin inteqrasiyası prosesinin sürətləndirilməsindən bəhs edilib. Bir sıra kənd təsərrüfatı məhsullarının (pomidor, tumlu çəyirdəkli meyvələr) ixracı zamanı Agentliyin zəmanəti əsasında məhsul partiyalarının laborator müayinələrə cəlb edilməsi tezliyinin azaldılması üçün zəruri prosedurların razılaşdırılması qərara alınıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Q.Təhməzli Rusiya Federasiyasının Hökumət rəhbəri Mixail Mişustin və digər dövlət rəsmilərinin iştirakı ilə keçirilən “Qızıl payız-2023” aqrar-sənaye sərgisinin rəsmi açılış mərasimində iştirak edib. Daha sonra AQTA nümayəndə heyətinin “Gələcəyə investisiya: kənd təsərrüfatı təhsilinə müasir baxış” mövzusunda keçirilən plenar iclasda iştirakı baş tutub. Həmçinin Agentliyin nümayəndə heyətinin üzvləri Rusiyanın “Taxıl Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzi" Federal Dövlət Büdcə Müəssisəsinə baş çəkib, mərkəzin nəzdində fəaliyyət göstərən laboratoriyada taxıl məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyən edilməsinə dair təcrübə ilə tanış olublar.
Qeyd edək ki, Agentlik əməkdaşları “Pestisidlərin və Aqrokimyəvi Maddələrin İzlənməsi üzrə Federal Dövlət İnformasiya Sistemi” mövzusunda keçirilən dəyirmi masada da iştirak ediblər. Nümayəndə heyəti Heyvanların Ümumrusiya Mühafizə Mərkəzi, Ümumrusiya Dövlət Heyvanlar üçün Dərman Vasitələri və Yemlərin Standartlaşdırılması və Keyfiyyət Mərkəzi və Ümumrusiya Bitki Karantini Mərkəzindən olan həmkarları ilə də görüşüb, Ümumrusiya Bitki Karantini Mərkəzinin fəaliyyəti və yeni feromon tələlərin istehsalı, elmi-metodiki mərkəzin və bioloji üsulla mübarizə şöbələrinin fəaliyyəti ilə yaxından tanış olub.
AQTA sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri bu gün başa çatır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
12 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul























.jpg)
