Türkiyənin aparıcı fintex şirkətinin nümayəndələri Veysəloğlu Şirkətlər Qrupunda olub
(®) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Türkiyənin aparıcı fintex şirkəti “Colendi”nin nümayəndələrinin ölkəmizə səfəri baş tutub.
Səfər çərçivəsində nümayəndələr Veysəloğlu Şirkətlər Qrupunda olub. “Colendi”in biznesin inkişafı üzrə rəhbəri Ceyson Launun iştirakı ilə nümayəndələr Şirkətlər Qrupunun İnformasiya Texnologiyaları direktoru Ülvi Babaşov ilə görüşüb.
Görüşdə “Colendi”nin istifadəçi təcrübəsinə əsaslanan müasir maliyyə texnologiyalarının Azərbaycanın pərakəndə sektorunda tətbiqi imkanları geniş müzakirə edilib.
“Müasir maliyyə ekosistemində müştərilərin istifadə asanlığına, sürətə və fərdi məhsul təkliflərinə daha çox üstünlük verilir. İnnovasiyaların inkişafı pərakəndə sektorunda xidmətlərin rəqəmsallaşdırılmasına imkan yaradır. Veysəloğlu Şirkətlər Qrupu məhsul və xidmətlərini rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bu baxımdan hesab edirik ki, maliyyə texnologiyalarının pərakəndə sektorunda uğurlu istifadəsində birlikdə addım ata bilərik”, -deyə Ülvi Babaşov bildirib.
Qeyd edək ki, “Colendi” ənənəvi bank xidmətlərini təkmilləşdirmək üçün müasir maliyyə texnologiyalarının inteqrasiyasını özündə birləşdirən fintex həllər təklif edir.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















