Azərbaycanın iri logistika şirkətinin gəlirləri və xalis mənfəəti kəskin artıb
"Abşeron Logistika" MMC 2022-ci ili 2 milyon 935 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 989 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Abşeron Logistika" MMC-nin xalis mənfəəti 945 min manat və ya 47,5% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Marja.az Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, "Abşeron Logistika" MMC-nin cəmi gəlirləri 2021-ci ildə 24 milyon 742 min manat ikən, 2022-ci ildə 33 milyon 732 min manata yüksəlib ( 8 milyon 990 min manat və ya 36,3% artıb).
31 dekabr 2022-ci il tarixində "Abşeron Logistika" MMC 25 milyon 345 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 25 milyon 158 min manat cəmi aktivlərə malik idi.
"Abşeron Logistika" MMC beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzi olan Abşeron Logistika Mərkəzini idarə edir. Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci ildə fəaliyyətə başlamışdır. Mərkəz, Azərbaycanın paytaxtı Bakı şəhərinin Qaradağ rayonunda - Lökbatan qəsəbəsində yerləşir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Abşeron Logistika Mərkəzinin nəzdində fəaliyyət göstərən “Abşeron” yük dəmir yolu stansiyasına Azərbaycan Dəmir Yolları QSC tərəfindən 548004 beynəlxalq stansiya kodu verilmişdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə konteyner, vaqon, gömrük, broker, terminal, saxlanma, ofis icarəsi, nəqliyyat və 3PL xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. Yaradılmış bir pəncərə sistemi ilə yüksək səviyyəli və operativ xidmət göstərilir. Bu sistemin əsas məqsədi ayrı-ayrı məntəqələrdə göstərilən bir sıra xidmətlərin bir nöqtədən həyata keçirilməsi və bununla da vaxta qənaət edərək xərclərin azaldılmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 47 d. əvvəl
-
-
58 d. əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
2 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
2 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
3 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 25-də gözlənilən hava şəraiti
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır






















