Kapital Bank 10 tələbəyə təhsil təqaüdü verdi
(®) Qırmızı Ürəklər Fondunun “Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən “Onu oxut” aksiyasına ilk olaraq Kapital Bank qoşuldu. Ölkənin birinci bankının aksiyaya ianə etdiyi 15 000 AZN məbləğlə 2023/2024-cü tədris ilində 10 tələbəyə təhsil təqaüdü veriləcək.
Xatırladaq ki, “Onu oxut” ianə aksiyasıdır. Aksiyanın məqsədi 600 baldan yüksək nəticə göstərərək ali məktəbə daxil olan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə dəstək olmaqdır. Hazırda aksiyanın imkanlarından yararlanmaq istəyən 30-a yaxın tələbə Qırmızı Ürəklər Fonduna müraciət edib: https://bit.ly/rhttqv.
Aksiyaya qoşularaq gənclərin təhsil almaq və daha gözəl gələcək qurmaq arzularına yardımçı olmaq mümkündür. İanələri Fondun veb-saytı https://bit.ly/rhttq, Kapital Bank terminalları, o cümlədən Birbank mobil tətbiqi ilə etmək olar. Etdiyimiz gözəl əməllərin bizə geri qayıtdığını bilərək “Onu oxut”a dəstək ola bilərsiniz.
Qırmızı Ürəklər 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda fond kimi fəaliyyət göstərən təşkilat əsasən uşaq evlərinə, sığınacaqlara və ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat sonra
-
11 d. əvvəl
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 15 d. əvvəl
-
-
30 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
2 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
2 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Rəsmi məzənnələr açıqlandı


























