Sabahdan bir sıra iş adamlarının İrandan balıq və süd məhsulları gətirməsinə icazə verilməyəcək
Sentyabrın 1-dən bu vaxtadək qeydiyyat üçün müraciət etməmiş İran müəssisələrindən ölkəmizə balıq və süd məhsullarının gətirilməsinə icazə verilməyəcəkAzərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəmizə İran İslam Respublikasından qida məhsulları idxal edən sahibkarlarla növbəti görüş keçirilib.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, tədbir respublikamıza İrandan yüksək riskli qida məhsullarının idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib.
Görüşdə AQTA sədrinin müavini Əziz Şərifov qida təhlükəsizliyi, o cümlədən yüksək riskli qida məhsullarının idxalı sahəsində qarşıya qoyulan tələblər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, ölkəmizə gətirilən yüksək riskli qida məhsullarının, xüsusilə heyvan mənşəli məhsulların istehsal və emal edildiyi obyektlərin təsdiqi prosesinə başlanıb. Bununla əlaqədar olaraq, hazırda ixracatçı ölkələrdə fəaliyyət göstərən istehsal müəssisələrinin yerində və ya videokonfrans formatında qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticələri əsasında müəssisələr təsdiq olunur və ya müvafiq tələblərə cavab vermədiyi üçün təsdiqdən imtina edilir.
Agentliyin Aparat rəhbəri Elxan Mikayılov bir sıra ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin qeydiyyatı və təsdiqi işinin uğurla aparıldığını vurğulayıb və İrandan respublikamıza qida məhsulları idxal edilən müəssisələrin də bu prosesə fəal qoşulmasının vacibliyini önə çəkib. Eyni zamanda vurğulayıb ki, əvvəlcədən verilmiş məlumata uyğun olaraq, bu il sentyabrın 1-dən bu vaxtadək qeydiyyat üçün müraciət etməmiş İran müəssisələrindən ölkəmizə balıq və süd məhsullarının gətirilməsinə icazə verilməyəcək. Həmçinin E.Mikayılov xatırladıb ki, bir müddət sonra təsdiq olunmamış heç bir xarici obyektdən respublikamıza qida məhsullarının gətirilməsinə icazə verilməyəcək. Ona görə də, istehsal etdikləri qida məhsullarının ölkəmizə idxalında maraqlı olan bütün müəssisələr vaxtında qeydiyyat və təsdiq üçün müraciət etməlidir.
Görüşün sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
16 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)



