Dollara təsir edə biləcək məlumatlar açıqlanacaq - NEFT BAHALAŞIB
Qlobal bazarlar dollara təsir edə biləcək ABŞ-n ümumi daxili məhsulu (ÜDM) ilə bağlı statistik məlumatların dərcini gözləyir. DailyFX portalının sorğusunda iştirak edən analitiklərin fikrincə, 2023-cü ilin ikinci rübündə ABŞ-ın ÜDM-i ikinci hesablamaya görə, illik müqayisədə 2,4% artıb.
Marja.az xəbər verir ki, məlumat bu gün Bakı vaxtı ilə saat 16.30-da ABŞ Ticarət Nazirliyinin İqtisadi Təhlil Bürosunun press-relizində dərc olunacaq. Proqnoz agentliyin ilk qiymətləndirməsi ilə üst-üstə düşür.
Bakı vaxtı ilə saat 16.00-da Almaniya Federal Statistika İdarəsi Destatis ölkədə inflyasiya səviyyəsini açıqlayacaq. Analitiklər proqnozlaşdırırlar ki, ilkin hesablamalara görə, Almaniyada illik inflyasiya avqustda bir ay əvvəlki 6,2%-dən 6%-ə enib.
Bakı vaxtı ilə saat 165.15-də Automatic Data Processing (ADP) analitik şirkəti avqustda ABŞ-ın özəl şirkətlərində iş yerlərinin sayında baş verən dəyişikliklərlə bağlı məlumatları dərc edəcək. İyulda 324 min artımdan sonra göstəricinin 195 min artacağı gözlənilir.
Bakı vaxtı ilə saat 18.30-da ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası avqustun 25-dək olan həftə ərzində ölkədəki kommersiya neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) haqqında məlumatları dərc edəcək. Analitiklər ehtiyatların 3,3 milyon barrel azalaraq 430,6 milyon barel olacağını proqnozlaşdırırlar.
QIZIL CÜZİ UCUZLAŞIB
Qızılın qiyməti ABŞ ÜDM-i ilə bağlı məlumatların dərci ərəfəsində, ticarət məlumatlarına görə cüzi düşüb. Bakı vaxtı ilə saat 9:50-yə olan məlumata görə, Nyu-York Comex birjasında qızılın dekabr fyuçerslərinin qiyməti 0,95 dollar və ya 0,07% azalaraq 1 troya unsiyası üçün 1935,15 dollar təşkil edib. Sentyabr gümüş fyuçersləri 0,5% ucuzlaşaraq bir unsiya üçün 24,663 dollar olub.
Eyni zamanda, dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0,12% artaraq 103,66 bənd təşkil edir. Beləliklə, bahalaşan dollar qızılı başqa valyutada almaq üçün əlçatan edir.
NEFT BAHALAŞIB
Dünya neft qiymətləri, Amerika Neft İnstitutunun (API) ABŞ-da kommersiya ehtiyatlarının əhəmiyyətli həftəlik azalması ilə bağlı məlumatların açıqlanacağı proqnozu ilə əlaqədar olaraq yüksəlir. Bakı vaxtı ilə saat 9:50-yə olan məlumata görə, Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,40% artaraq 85,81 dollar/barelə, WTI markalı neftin oktyabr fyuçersləri 0,44% artaraq 81,5 dollara çatıb.
Neft bazarı cümə axşamı Çin iqtisadiyyatı ilə bağlı məlumatların açıqlanmasını gözləyir. Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi ölkənin sənaye sektorunda işgüzar aktivlik indeksini (PMI) açıqlayacaq. Avqustda göstəricinin bir ay əvvəlki 49,3 bənddən 49,4 bəndədək yüksələcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
22 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
26 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
44 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
3 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Ən çox oxunanlar
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)









.jpg)



