"Unicapital İnvestisiya Şirkəti" bazarların həftəlik analitikasını təqdim edir
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili Bazar
Ötən həftə AR Maliyyə Nazirliyinin 55 milyon AZN həcmində 3 illik (973 gün) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda tələb 216 milyon AZN olmuş, 82,5 milyon AZN yerləşdirilmişdir. İstiqrazların orta ölçülmüş və kəsmə gəlirlilikləri müvafiq olaraq, 8.27% və 8.48% olmuşdur.
Bu həftə 40 milyon AZN həcmində 3 illik istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
AR Mərkəzi Bankının notlarının gəlirliliklərində cüzi dəyişmələr qeydə alınmışdır. Orta ölçülmüş gəlirliliklər 3 aylıq notlarda 8.56%-dən 8.48%-ə, 6 aylıq notlarda 8.66%-dən 8.59%-a, 9 aylıq notlarda isə 9.23%- dən 9.18%-ə düşmüşdür. 1 aylıq notların hərracında gəlirlilik 8,06%-dan 8.29%-a yüksəlmişdir.
Həmçinin, keçən həftə AR Mərkəzi Bankının 7 günlük notlarının yerləşdirilməsi üzrə hərrac da keçirilmişdir. Hərrac zamanı investorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından hərrac baş tutmamışdır.
Qlobal Bazar
Keçən həftənin vacib məlumatları içərisində dünyanın aparıcı mərkəzi banklarının ABŞ-ın Vayominq ştatında Jackson Hole-da Fes-in ənənəvi yığıncağında bir araya gəlmələri və söylədikləri açıqlamalar olub. Federal Ehtiyat Sisteminin illik yığıncağında Fed-in sədri Cerom Pauel və Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqardın əsas çıxışları cümə günü olub, onların hər biri öz çıxışında keçmişdə başlamış tarixi faiz artımının davamının lazım olub-olmaması məsələsini həll edərkən, qarşılaşdıqları problemləri qeyd etmişlər. Eyni zamanda, onlar investorlara yaxın aylarda həqiqətən faiz artımı edib-etməyəcəkləri barədə az məlumat vermişlər. Ingiltərə Bankının sədr müavini Ben Brodbent faizlərin artımına ehtiyac olduğunu, Yaponiya Bankının rəhbəri Kazuo Ueda isə aşağı dərəcələrə ehtiyac olduğunu vurğulayıb.
Ötən həftə ABŞ-da işsizliklə bağlı müraciətlərinin sayı açıqlanıb. Gözlənti 240 000 olduğu halda, göstərici daha yaxşı 230 000 olaraq açıqlanıb. Həmçinin davam edəm müraciətlərin sayında da 1,705 milyondan 1,702 milyona azalma müşahidə edilib.
Bu həftə ABŞ-da vacib məlumatlar içərisində avqustun 30-u ümumi daxili məhsul məlumatları, sentyabr ayının 1-i isə işsizlik səviyyəsi açıqlanacaq. Qeyd edək ki, ümumi daxili məhsul üzrə gözlənti dəyişməz olaraq 2,4% -dir, işsizlik səviyyəsi üzrə də gözlənti dəyişməz olaraq 3,5%-dir.
Bu həftə Avrozonada vacib məlumatlar içərisində işsizlik və inflyasiya göstəriciləri açıqlancaq.
Türkiyə Mərkəzi Bankı keçən həftə avqust ayının 24-ü gözlənilmədən uçot dərəcəsini 17,5%-dən 25% dək (gözlənti 20% idi) qaldırdı. Bu addımdan sonra Lirə dollar qarşısında 27,31-dən 25,82-ə düşərək möhkəmlənsə də, sonradan yenidən 26,56-dək qalxıb.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 3 saat sonra
- 5 d. əvvəl
- 15 d. əvvəl
-
17 d. əvvəl
Avropada elektrik avtomobillərinin satışı artıb, Tesla-nın satışı isə kəskin azalıb
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Müflisləşmə və iflas haqqında” qanun yenidən işlənilir: əsas yeniliklər - MÜSAHİBƏ
-
1 saat əvvəl
Azərbaycanın ixracında neft-qaz sektoruna daxil olan malların xüsusi çəkisi cüzi azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycandan bu məhsulun ixracı kəskin artıb
Tanınmış mebel istehsalçısı Əhmədli mağazasını açır
Fitch Ukraynanın kredit reytinqini yüksəldib
Ən çox oxunanlar
“Müflisləşmə və iflas haqqında” qanun yenidən işlənilir: əsas yeniliklər - MÜSAHİBƏ
Azərbaycanın ixracında neft-qaz sektoruna daxil olan malların xüsusi çəkisi cüzi azalıb
Azərbaycan neftinin son qiyməti
Toyota 55 mindən çox avtomobili geri çağırır
bp Castrol-u satır: 65 faizlik pay üçün 6 milyard dollar
Rəsmi məzənnələr açıqlandı



















