Bakı aeroportunda "ƏN TEZ" fəaliyyətə başlayıb
Vətəndaşlara vaxta qənaət edərək, aeroportun binasını tərk etmədən heç bir qeydiyyat və elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə biometrik eyniləşdirmə aparılmaqla, daha sadə və sürətli şəkildə təxirə salınmayan zəruri ədliyyə xidmətlərindən yararlanmaq imkanı yaradılıb.Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların ədliyyə fəaliyyətinə əlçatanlığının artırılması, xidmətlərdən vahid məkandan yararlanması ilə bağlı rəqəmsal innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə tədbirlər davam etdirilir.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Marja.az-az daxil olmuş məlumatda bildirilir ki, bu məqsədlə nazirlik tərəfindən əhaliyə müxtəlif elektron və mobil ədliyyə xidmətləri göstərilir. Həmçinin bir müddət öncə növbəti rəqəmsal innovasiya olan və ədliyyə xidmətlərindən eyni vaxtda, vahid mənbədən və məsafədən göstərilməsini təmin edən yeni “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti yaradılaraq istifadəyə verilib.
Həmin innovativ xidmət məkanı ilk olaraq DOST mərkəzində əhalinin daha həssas təbəqələrinə xidmət göstərilməsi məqsədilə geniş ictimai təqdimatı keçirilməklə fəaliyyətə başlayıb və ötən dövrdə minlərlə vətəndaş “ƏN TEZ” vasitəsilə müxtəlif ədliyyə xidmətlərindən yararlana biliblər.
Dövlət xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğu doğuran belə bir innovativ yanaşmanın tətbiqinə artan ictimai maraq nəzərə alınaraq nazirlik tərəfindən “ƏN TEZ” innovativ platforması bu gündən Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilib.
Həmin platforma vasitəsilə səyahət etmək arzusunda olan vətəndaşlara vaxta qənaət edərək, aeroportun binasını tərk etmədən heç bir qeydiyyat və elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə biometrik eyniləşdirmə aparılmaqla, daha sadə və sürətli şəkildə təxirə salınmayan zəruri ədliyyə xidmətlərindən yararlanmaq imkanı yaradılıb.
Onlar yetkinlik yaşına çatmayan şəxslərin dövlət sərhədindən keçməsi üçün zəruri olan valideynlərin razılıq ərizələrinin notariat qaydasında rəsmiləşdirilməsi, habelə məhkəmə qərarına əsasən borclu şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması aşkar olunduğu halda borcun terminal üzərindən ödənilərək həmin məhdudiyyətin avtomatlaşdırılmış qaydada dərhal aradan qaldırılması ilə bağlı əvvəl təqdim edilmiş xidmətlərlə yanaşı, digər notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və sair xidmətlərdən faydalana biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
4 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
5 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!





















