Rusiya: Bakı və İrəvan sülh müqaviləsinin imzalanmasına hələ hazır deyil
Bakı və İrəvan sülh müqaviləsinin istənilən şərtlər daxilində imzalanmasına hələ hazır deyil, çünki hələ də həllini gözləyən mürəkkəb məsələlər var.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib.
Onun sözlərinə görə, mümkün qədər tez bir zamanda sülhə nail olmaq barədə Bakı və İrəvandan daxil olan siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar:
“Hələ bir sıra mürəkkəb mövzuların həlli yolları tapılmalıdır”.
Diplomatın fikrincə, bunlardan ən mühümü Qarabağın erməni əhalisinin təhlükəsizliyinin Azərbaycan qanunvericiliyi çərçivəsində təmin edilməsi və hər kəs tərəfindən tanınmış hüquqların təmin edilməsidir.
“Tərəflər qarşılıqlı olaraq 1991-ci il Alma-Ata Bəyannaməsinin effektivliyini təsdiq edib. Sülh sazişinin həyata keçirilməsi üçün elə bir beynəlxalq dəstək mexanizmi tələb olunur ki, Ermənistanla Azərbaycanın suverenliyini və siyasi müstəqilliyini şübhə altına almasın” - Qonçar əlavə edib.
Rusiyalı diplomat vurğulayıb ki, sülh müqaviləsinin hazırlanması üçün Rusiya aktiv şəkildə tərəflərə kömək edir:
“Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli razılaşmanın elementlərindən biridir.
Rusiya tərəfi bütün səviyyələrdə siyasi və diplomatik kanallardan istifadə edərək, bu sənədin hazırlanmasında Bakı və İrəvana fəal şəkildə yardım göstərir. Belə ki, hər il üçtərəfli sammitlər keçirilir, xarici işlər nazirləri mütəmadi olaraq görüşür”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
24 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
-
56 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Ən çox oxunanlar
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)














