“AtaHolding” sığortaya fokuslanır
24 iyul 2017-ci il tarixində “Excelsior Hotel & Spa Baku” otelində “AtaSığorta” ASC brifinq keçirib.
"Marja" xəbər verir ki, tədbirdə “AtaSığorta” ASC İcbari Sığorta şöbəsinin müdiri Fariz Hacızadə 2017-ci ilin 6 ayı ərzində şirkətin fəaliyyəti ilə bağlı iştirakçılara məlumat verib.
Fariz Hacızadə bildirib ki, xidmət şəbəkəsinin genişlənməsi “AtaSığorta” ASC-nin əsas inkişaf prioritetlərindən biridir. Yeni açılmış filial və nümayəndəliklər Bakı şəhəri və bölgələrdə yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə müştərilərə peşəkar və operativ xidmətin göstərilməsini təmin edəcəkdir. Bütövlükdə “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 50-dən artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.
“AtaSığort”a ASC müştərilərinə 24 könüllü və 4 icbari sığorta növü üzrə sığorta xidmətləri göstərir. Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi sığorta, fərdi qəza sığortası və s. vardır. Tədbirin sonunda Fariz Hacızadə iştirakçıların suallarını cavablandırıb.
“AtaSığorta” ASC 2004-cü ildən etibarən tam lisenziyalı sığorta fəaliyətini həyata keçirir. Təsisçisi “AtaHolding” olan şirkətin nizamnamə kapitalı 12 mln. 400 min manat olmaqla, aktivləri 31 mln. manata yaxındır. “AtaSığorta”,həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir “AtaSığorta” ASC İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.
Qeyd edək ki, "AtaHolding" bank sektorundan çıxır. Holdinq bu ilin əvvəlində "AtaBank"ı "Synergy Group"a satıb. Holdinqin "VTB Bank Azərbaycan"dakı payını da satacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)







