Nəzərli Ağazadə ilə mentorluq proqramına başlayıb
DVX rəisi “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi ilə görüşübİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Gülnar Ağazadə ilə mentorluq proqramına başlayıb.
Xidmətin yaydığı məlumatda qeyd edilib edək ki, mentorluq proqramı layihə çərçivəsində qaliblərin şəxsi inkişafı üçün tətbiq edilir və rəhbəredici şəxslərlə birgə işləməyi nəzərdə tutur. Görüş zamanı DVX rəisi İqtisadiyyat Nazirliyinin idarəçi potensiala malik kadr ehtiyatı bankının yaradılmasında, intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan gələcək rəhbər şəxslərin müəyyənləşdirilməsi və dəstəklənməsində “Uğur yolu” Karyera İnkişaf Proqramının əhəmiyyətini vurğulayıb, qaliblə şəxsi inkişaf təcrübəsini bölüşüb, qarşıdakı dövr üçün onun mövcud potensialının inkişafı, liderlik keyfiyyətləri, peşəkarlıq vərdişləri, bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün atılacaq zəruri addımları diqqətə çatdırıb. Gülnar Ağazadə fərdi inkişaf proqramı üçün təşəkkürünü bildirib, mentorluq proqramının və nazirliyin yuxarı menecerlərindən zəruri bilik və bacarıqlar əldə etməyin şəxsi idarəetmə bacarıqlarının inkişafına töhfə verəcəyini vurğulayıb.
Görüşdə proqram qalibinin şəxsi inkişaf təcrübəsi ilə bağlı sualları cavablandırılıb, uğurlu idarəçi kadrlar üçün zəruri olan bacarıqlar, peşəkar vərdişlər, idarəetmədə tətbiq edilən müasir alətlər, nəticəyönümlülük, qərarların qəbulu zamanı vacib yanaşmalar müzakirə olunub. DVX rəisi proqram çərçivəsində gediləcək birgə yolun, nəticələrin qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib.
Mentorluq proqramı çərçivəsində qalib şəxslə 1 il müddətində mütəmadi görüş və müzakirələrin keçirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
- 35 d. əvvəl
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
1 gün əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
ABŞ-İran danışıqları dalana dirənib, neft daha da bahalaşıb
Rəsmi məzənnələr açıqlandı
İrandan ABŞ-a yeni təklif
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
Ən çox oxunanlar
Aprelin 26-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub












.jpg)





