Uşaq oyuncaqları Azərbaycan bazarına daxil olmazdan öncə sertifikatlaşdırılmalıdır - MÜSAHİBƏ
Nazirlər Kabinetinin 343 saylı qərarına əsasən, uşaq oyuncaqları Azərbaycan bazarına daxil olmazdan öncə sertifikatlaşdırılmalıdır. Uşaq oyuncağı alan zaman mağazadan onun gigiyenik və məişət sertifikatını tələb etmək lazımdır. Yəni oyuncaqlar bazara daxil olmazdan əvvəl keyfiyyət sertifikatı almalıdır. Bəs görəsən, bu sahədə vəziyyət necədir və oyuncaqların təhlükəsizliyini təmin etmək üçün hansı tədbirlər görülür?
Suallarımıza Belçikanın İqtisadiyyat Nazirliyinin Keyfiyyət və Təhlükəsizlik üzrə Baş Direktoru, Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) Prezidenti Mauren Loggi cavab verib.
- DG NEAR vasitəsilə Avropa Komissiyası tərəfindən dəstəklənən TAİEX ekspert missiyasının məqsədi nədir?
- İlk əvvəl TAİEX mənasını izah edim: TAİEX – Avropa Komissiyasının Texniki Yardım və Məlumat Mübadiləsi aləti hesab edilir. Bu missiya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tabeliyində olan Standartlaşdırma İnstitutu üçün nəzərdə tutulub. Aİ qanunvericiliyinin uyğunlaşdırılması, tətbiqi və icrası, müsbət praktikanın paylaşılması nəzərdə tutulub.
- Nə üçün oyuncaq təhlükəsizliyi mövzusu seçilib?
- Birincisi, oyuncaq təhlükəsizliyi direktivi yeni qanunvericilik çərçivəsində Aİ-də qəbul edilmiş ilk direktivdi. İkincisi, biz hamımız uşaqlarımızın təhlükəsizliyini düşünürük və yaxşı qanunvericilik buna nail olmağa kömək edir. 2023-2025-ci illərdə Azərbaycan Respublikası dövlət proqramında bir neçə sektor üzrə qaydalar qəbul ediləcək və oyuncaqlar üzrə qaydalar bunlardan biridir. Əlbəttə ki, bu iş milli qanunvericiliyin yaradılması ilə paralel aparılmalıdır.
Oyuncaqların təhlükəsizliyinə yalnız bazara nəzarət, monitorinq və icra mexanizmi olduqda zəmanət verilə bilər. Bu addım dövlət siyasəti ilə müəyyən edilməlidir. Buna görə də, bu işi əvvəldən görmək və tədricən qanunvericiliyin hazırlanması istiqamətində getmək daha yaxşıdır.
Əlavə olaraq, Azərbaycan bazarında oyuncaqların təhlükəsiz olması yerli istehsalçılara imkan verəcək ki onlar öz məhsullarını Aİ qanunvericiliyinə uyğun olaraq Aİ vahid bazarına ixrac etsinlər. Vahid bazar şirkətlərə imkan verir ki, onlar öz əməliyyatlarını və bizneslərini genişləndirsinlər.
- Belçikada bu proses hansı səviyyədədir, başqa ölkələrdən oyuncaq idxal edərkən ölkənizdə hər hansı sertifikat tələb olunurmu?
- Belçikada və ya Aİ-də istehsal olunan oyuncaqlar xaricdən gətirilən oyuncaqlarla eyni tələblərə cavab verməlidir. Ona görə də biz üçüncü ölkələrdən, məsələn, Azərbaycandan, hətta başqa ölkələrdən gələn oyuncaqlara əlavə tələblər qoymuruq. Bütün oyuncaqlar Aİ oyuncaq təhlükəsizliyi qanunvericiliyində nəzərdə tutulan tələblərə cavab verməlidir.
- Oyuncaqların istehsalında istifadə olunan ən zərərli maddələr hansılardır?
- Əgər oyuncaqlar Aİ qanunvericiliyinə uyğundursa, onlar uşaqlar üçün zərərli maddələrdən təmizlənməlidir. Oyuncaqlar təhlükəsiz olmalıdır. Biz üzərimizə kimyəvi təhlükəsizliyin qiymətləndirilməsini öhdəlik götürməklə buna zəmanət veririk. Beləliklə, istehsalçı oyuncağın tərkibində hansı maddələrin və hansı materialların olduğuna baxır və orada zərərli maddələrin olmadığına əmin olmalıdır.
- Bəs tələblərə cavab verməyən şirkətlərə qarşı hər hansı cəza nəzərdə tutulurmu?
- Bəli, bazara nəzarət orqanları bazarda uyğun olmayan məhsullar aşkar etdikdə lazımi tədbirlər görür. Tədbirlər uyğunsuzluğa mütənasibdir.
© “vergiler.az”
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
17 d. əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
-
- 38 d. əvvəl
-
43 d. əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
-
15 saat əvvəl
Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
- 16 saat əvvəl
-
17 saat əvvəl
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Ən çox oxunanlar
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO





















