Azərbaycanda “Asangroup Xaricdə Təhsil” əməliyyatı başlayıb
Saxta sənədlər hazırlamaqla vətəndaşların hərbi xidmətə çağırışdan yayındırılması faktları üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd edilib ki, istintaqla Siruz İbadovun sosial şəbəkədə yaratdığı “Asangroup Xaricdə Təhsil” adlı səhifə vasitəsilə ona müraciət edən çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq vətəndaşların xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olmasına dair saxta arayışlar hazırlaması, bu yolla da vətəndaşlara hərbi xidmətə çağırışdan möhlət verilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Siruz İbadova Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 320.1-ci (hüquq verən və vəzifədən azad edən rəsmi sənədi qanunsuz hazırlama və satma) maddələrilə ittiham elan edilərək təqsirəndirilən şəxs qismində tanınıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda S.İbadovdan bu növ saxta sənəd almış digər vətəndaşların, habelə cinayətkar fəaliyyətdə iştirak etmiş təqsirləndirilən şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)




.jpg)





