Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"İyul ayında faiz artırmağa davam edəcəyik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İyul ayında faiz artırmağa davam edəcəyik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Mərkəzi Bankının (AMB, ECB) rəhbəri Kristin Laqard çərşənbə axşamı Portuqaliyanın Sintra şəhərində Mərkəzi Bankın pul siyasəti ilə bağlı mühüm açıqlamalar verib.

ECB-nin pik faiz dərəcələrinə yaxın gələcəkdə çatacağını tam əminliklə söyləməyin doğru olmadığını qeyd edən Laqard, “Mövcud vəziyyətdə əhəmiyyətli bir dəyişiklik olmadıqca, iyul ayında faiz artırmağa davam edəcəyik",- deyib.

Avro zonasında inflyasiya əsas narahatlıq olaraq qalmasına baxmayaraq, bazar ertəsi açıqlanan rəqəmlər Almaniyanın biznes perspektivində gözlənilməz dərəcədə böyük bir azalmanı göstərib. Digər tərəfdən, ötən həftənin məlumatları 20 ölkədən ibarət Avrozonada aktivliyin iyun ayında demək olar ki, dayandığını göstəririb.

Avropa Mərkəzi Bankı (AMB) iyunun 15-də faiz dərəcələrini 25 bənd artıraraq 3,50 səviyyəsinə qaldırıb. Belə ki, bank yüksək inflyasiya ilə mübarizə çərçivəsində 8-ci iclasda faiz artırıb. Qərar mətnində faiz artımlarının bitmədiyi mesajını verən ECB, iqtisadi artım proqnozunu aşağı salıb, 2023-cü il üçün inflyasiya proqnozunu yüksəldib.

27.06.2023 15:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18

SON XƏBƏRLƏR