Silos şəklində satıb, tonundan 35-40 manat qazanır
Göyçay rayonundakı Ləkçıplaq kəndinin sakini fermer Vaqif Osmanov bu il 280 hektar sahədə qarğıdalı əkib.
Əkində istifadə edilən toxum Serbiyadan gətirilib. Toxum elit növü olduğundan həm toxumçuluq, həm də yem məqsədilə istifadə baxımından yararlıdır. Becərmə mərhələsində sahələrə aqrotexniki qulluq göstərilib və yaxşı bitiş alınıb. Mallı-Şıxlı kəndindəki qarğıdalı sahəsində bunun şahidi olduq. Fermer dedi ki, hər gün sahələrdə oluruq. Suvarma, kultivasiya, gübrə və herbisidlər vaxtlı-vaxtında aparılır. İstifadə olunan gübrəni də bizə 70 faiz güzəştlə verirlər.
Fermer söhbət əsnasında onu da dedi ki, 1 hektar sahədən götürülən məhsulun 35 sentneri çəkilən xərcləri tam ödəyir. Qarğıdalının məhsuldarlığı isə hektardan orta hesabla 80-100 sentnerdir. Təbiətin şıltaqlığı olmasa, bundan da yüksək qazanc əldə etmək olar.
V.Qasımov Ləkçıplaq bələdiyyəsinin ərazisində biçilən taxılın yerində 35 hektara qarğıdalı da səpdirib. Həmin sahə vaxt baxımından dən bağlamağa yetməyəcəyi üçün satışı silos şəklində təşkil olunacaq. Onu da yaş kütlə halında tonu 30-40 manata satdıqda mənfəətlidir. Artıq həmin məhsulu almaq üçün qonşu Ağdaş və Oğuz rayonunun maraq göstərən heyvandarlıq təsərrüfatları var.
Ümumilikdə isə qarğıdalı rayonun 13 kəndində əkilib, ən çox da Mallı-Şıxlı, Ləkçıplaq, Çərəkə və Şəkər kəndlərində. Əkin və becərmə prosesində 50-55 nəfər iştirak edir. İşçilərdən 13 nəfəri gözətçi, 26 suçu, qalanı isə toxumun, gübrənin daşınıb sahəyə verilməsində çalışır. Hamısı da qarğıdalı əkilən kəndlərin sakinləridir.
Fermer qarşısına qoyduğu məqsədə nail olsa, gələn il əkin sahələrini 500 hektara çatdırmağı nəzərdə tutub. Bu da orta hesabla 100 adamın işlə təmin olunması deməkdir. O, eyni zamanda, əkin və becərmə işlərində rayon rəhbərliyinin, o cümlədən əkin aparılan kəndlərin ərazi inzibati dairələrinin nümayəndələrinin dəstəyini də minnətdarlıqla qeyd etdi.
© "Azərbaycan"
Müştərilərin xəbərləri
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 34 d. əvvəl
-
- 50 d. əvvəl
-
54 d. əvvəl
Netflix-dən 45,2 milyard dollar gəlir - Gəlirləri 2025-ci ilin son rübündə 17,6 faiz artıb
-
1 saat əvvəl
Qızılın unsiyasının qiyməti 4800 dolları da keçdi - Yeni tarixi rekord
-
8 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 11 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
Neft qiymətləri aşağı düşür
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Tramp: İndi mən Venesuelanı sevirəm
Ən çox oxunanlar
İlham Əliyev Davosda panel iclasında iştirak edib
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb























