İstanbulda “İş Dünyası – Yüz İlin Zirvəsi” iqtisadi forumu keçiriləcək - Rəşad Cabirli
İstabulda 13-14 iyul tarixləırindəı keçiriləcək iki günlük forum çərçivəsində, Azərbaycandan müəyyən sektorlarda fəaliyyət göstərən iş adamları, İstanbulda eyni sektorlarda fəaliyyət göstərən iş adamları ilə görüşəcək.Qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana ziyarətindən sonra, MÜSİAD, KOBİA, KOBSKA və MÜSİAD Azərbaycan tərəfindən İstanbulda Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş “İş Dünyası – Yüz İlin Zirvəsi”iqtisadi forumun keçirilməsi qərara alınıb.
Bunu açıqlamasında MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli deyib.
O qeyd edib ki, MÜSİAD Azərbaycan missiyasına və dəyərlərinə sadiq qalaraq yarandığı gündən bu günə kimi qardaşlıq şuurunu ortaqlıq mədəniyyətiylə birləşdirmə prinsipini əsas götürərərk, müxtəlif layihələr həyata keçirib.
Onun sözlərinə görə, İstabulda 13-14 iyul tarixləırindəı keçiriləcək iki günlük forum çərçivəsində, Azərbaycandan müəyyən sektorlarda fəaliyyət göstərən iş adamları, İstanbulda eyni sektorlarda fəaliyyət göstərən iş adamları ilə görüşəcək.
İki günlük əhatəli proqramda B2B görüşlər olduğunu ifadə edən Cabirli iş adamlarının tədbirin sərgi hissəsi ilə də tanış olacaqlarını vurğulayıb.
Qeyd edək ki, MÜSİAD və MÜSİAD Azərbaycan mütəmadi olaraq, Türkiyə və Azərbaycana qarşılıqlı investisiyaların cəlb edilməsi istiqamətində addımlar atır.
Xatırladaq ki, 2021-ci ildə Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF) keçirilib.
Məlumat üçün qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.
Bu il MÜSİAD 33 yaşını qeyd edib.
"MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Rəşad Cabirli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı onunla görüşmək fürsəti olduğunu bildirib.
Həmçinin, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov MÜSAİD-in 3-cü dönəm prezidenti olmuş, hazırda Türkiyənin Ticarət naziri Ömər Bolat ilə görüşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 16 saat sonra
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)










.jpg)

