Azərbaycanda mobil telefon istifadəçilərinə xəbərdarlıq!
“Android” istifadəçilərini hədəf seçən yeni virus qeydə alınıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Marja"a daxil olan məlumata görə, virus “Google”un rəsmi tətbiqlər mağazası olan “Play Store”dan yüklənən saxta proqram tətbiqləri vasitəsi ilə telefonlara yoluxur.
“LeakerLocker” adlanan virus şəxsi şəkilləri, mesajları, internet brauzer tarixçəsini, e-poçtları ələ keçirdiyini iddia edərək müəyyən məbləğ qarşılığında istifadəçini təhdid edir və bütün informasiyanı telefonunuzdakı kontaktlara göndərəcəyini bildirir.
"Artıq minlərlə “Android” istifadəçisi bu virusdan zərər çəkib. Virus telefona yoluxduqdan sonra onu kilidə salaraq ekranda “Bütün şəxsi məlumatlarınız bizim təhlükəsiz buludumuza köçürülüb. 72 saat ərzində bu məlumatlar sizin telefon və e-poçt kontaktlarınızdakı hər kəsə göndəriləcək. Bundan imtina etmək üçün 50 dollar ödəməlisiniz” - deyə yazı peyda olur.
“McCafe” kibertəhlükəsizlik qurumu tərəfindən “LeakerLocker” təhlükəsi “Play Store”dakı iki tətbiqdə “Wallpapers Blur HD ” və “Booster & Cleaner Pro” proqramlarında aşkar edilib. “McCafe” şirkətinin açıqlamasına görə, hər 2 tətbiq barədə “Google” şirkətinə məlumat verilib və hal-hazırda ekspertlər tərəfindən araşdırılır. Buna baxmayaraq “LeakerLocker”un istənilən tətbiqi yükləyərkən də mobil telefonunuzu yoluxdurma təhlükəsi var", - deyə məlumatda bildirilib.
Qeyd olunmuş təhlükədən qorunmaq üçün nazirlik yanında Elektron Təhlükəsizlik Mərkəzi tövsiyə edir ki, bəhs edilən bu 2 tətbiqdən ("Wallpapers Blur HD" və "Booster & Cleaner Pro") biri mobil telefona yüklənibsə, dərhal silinsin, "Play Store”da hər hansı bir proqram yükləməzdən öncə istifadəçilər yazılmış rəyləri oxusun, reytinqləri nəzərdən keçirsin: "Tətbiq, məzmunundan kənar olaraq telefonunuzdakı kontaktları, şəkilləri, zəngləri idarə etmək üçün sizdən müəyyən icazələr istəyirsə, ondan imtina edin və dərhal silin, əgər artıq mobil telefonunuz bu virusa yoluxubsa və sizdən pul tələb edirlərsə, pulu ödəməyiniz məsləhət görülmür. Təhlükə ilə artıq üzləşmisinizsə, Elektron Təhlükəsizlik Mərkəzinin 1654 “qaynar xətt”inə zəng etməyiniz və ya “[email protected]” elektron ünvanına yazmağınız tövsiyə olunur", - deyə nazirlik bəyan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
12 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
12 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























