Azərbaycanda sement istehsalı cüzi artıb, armatur istehsalı kəskin azalıb
2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 1 milyon 413,9 min ton sement istehsal edilib.
Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, sement istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,1 faiz artıb.
"Tikinti materiallarının istehsalı sahəsində 2023-сü ilin yanvar-may aylarında istehsalın ümumi dəyəri 402,2 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,8 faiz artmışdır. Dövr ərzində tikinti gipsinin istehsalı 2,2 dəfə, əhəng istehsalı 56,2 faiz, tikinti şüşəsinin istehsalı 29,7 faiz, beton istehsalı isə 21,7 faiz artmışdır",- hesabatda deyilir.
2023-cü ilin yanvar-may aylarında armatur istehsalı 39,7% azalaraq 121,5 min tona düşüb.
"Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2023-сü ilin yanvar-may aylarında 425,9 milyon manatlıq məhsul istehsal olunmuş, hazır metal məmulatlarının istehsalı sahəsində 9,7 faiz artım, metallurgiya sənayesi məhsullarının istehsalında isə 37,9 faiz azalma müşahidə olunmuşdur. 2023-сü ilin yanvar-may aylarında hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı 92,2 faiz artmış, metallurgiya sənayesi üzrə polad tökmə istehsalı 32,3 faiz, armatur istehsalı isə 39,7 faiz azalmışdır",- Hesabatda bildirilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























