Ərzaq qiymətləri əhalinin gəlirlərindən daha sürətli artmaqda davam edib
2023-cü ilin yanvar-may aylarında əhalinin gəlirləri 14,7 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları isə 15,8 faiz bahalaşıb.2023-cü ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 14,7 faiz artaraq 30,3 milyard manat olmuşdur.
Marja xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
"İlkin məlumatlara görə, 2023-cü ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz artaraq 30 milyard 302,9 milyon manat və ya hər nəfərə orta hesabla 2 min 989,1 manat olmuşdur. Əhalinin sərəncamında qalan gəlirləri 26 milyard 622,9 milyonmanat təşkil etmişdir". - hesabatda bildirilir.
2023-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15,8 faiz, qeyri-ərzaq malları üzrə 11,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,6 faiz artıb.
2023-cü ilin yanvar-aprel aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artaraq 913,9 manata çatmışdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























