Expressbank-ın “Gənc Bankirlər” proqramı davam edir
(®) Expressbank-ın "Express Maarifləndirmə" layihəsi çərçivəsində keçirdiyi “Gənc Bankirlər” proqramı bu dəfə Xəzər Universitetində baş tutub. Layihə gənclərin maliyyə, iqtisadiyyat və bank sahəsi üzrə bilik və bacarıqlarının artırılması məqsədi ilə keçirilir.
Proqram müddətində Expressbank əməkdaşları müsahibədə uğurlu olmağın sirlərini tələbələrlə paylaşıb və gələcək karyeralarında onlara faydalı olacaq tövsiyələr veriblər.
Həmçinin tələbələr bankla tanış olub, satış və xidmət texnologiyaları, müştəri münasibətləri və işə qəbul prosesi mövzuları haqqında məlumatlandırılıb. Onlar real satış keyslərini praktiki olaraq həyata keçirib, eyni zamanda müsahibədə doğru davranış modeli ilə tanış olublar.
Qeyd edək ki, “Gənc Bankirlər” proqramı ötən il ADA və Azərbaycan Dövlət İqtisad Universitetində keçirilib. Proqramın əsas məqsədlərindən biri bank sahəsinin inkişafına və gənclərin banka aid biliklərinin təkmilləşdirilməsinə dəstək olmaqdır. Tələbələrin layihəyə olan marağını nəzərə alaraq proqramın növbəti illərdə də keçirilməsi planlanır.
Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 d. əvvəl
-
- 31 d. əvvəl
-
35 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb


























