Azərbaycanda ilk - Şirkət 1 Gbit/s internet sürət həddini əldə etməyə nail olub
Uğurlu testlər nəticəsində “Bakı Telefon Rabitəsi” MMC Azərbaycanda ilk dəfə olaraq 1 Gbit/s sürət həddini əldə etməyə nail olub. Bu, “Baktelecom” müştərilərinə hazırda bazarda mövcud olan ən sürətli internetdən 10 dəfəyə qədər artıq sürət əldə etmək imkanı verəcək. Bundan əlavə, istifadəçilər cihazların istismarı zamanı sərf edilən enerjiyə 40%-ə qədər qənaət edə biləcəklər.Dövlət şirkəti “Baktelecom” dünyanın qabaqcıl texnologiya şirkətləri ilə əməkdaşlıqda müxtəlif infrastruktur layihələri həyata keçirir.
Şirkətindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, “Baktelecom” GPON texnologiyası əsasında 1 Gbit/s sürətli internetin təmin edilməsi istiqamətində “Nokia” ilə birgə apardığı işləri yekunlaşdırmaq üzrədir. Hazırda texniki infrastruktur yaradılıb və layihənin tətbiqi üçün müxtəlif model mobil cihaz və noutbuklarda müvafiq testlər aparılıb. Müxtəlif tezliklər və kanal genişliyində edilən testlər uğurla nəticələnib.
Növbəti mərhələdə yeni sürət üzərindən tariflərin formalaşdırılması və bazara təqdim edilməsi planlaşdırılır. Bu, “Baktelecom” müştərilərinə hazırda bazarda mövcud olan ən sürətli internetdən 10 dəfəyə qədər artıq sürət əldə etmək imkanı verəcək. Bundan əlavə, istifadəçilər cihazların istismarı zamanı sərf edilən enerjiyə 40%-ə qədər qənaət edə biləcəklər.
Passiv Optik Şəbəkənin (PON) yeni standartı olan XGS-PON-un (10 giqabitlik simmetrik passiv optik şəbəkə) tətbiqi ilə istehlakçı genişzolaqlı şəbəkə üzərindən 4K təsvir ölçüsündə video, şəbəkə oyunları, VR (virtual reallıq) və digər irihəcmli məlumatların sürətli transferini tələb edən xidmətlərdən faydalana biləcək.
Qeyd etmək lazımdır ki, 1 Gbit/s sürətində internetin istifadəsi yalnız bu sürəti dəstəkləyən mobil və ya kompüter cihazlarında və “Baktelecom” tərəfindən təqdim edilən xüsusi modem üzərindən mümkündür.
Böyük sahələrə gəldikdə isə əlavə sürət paylaşıcılarından istifadə edilərək 1 Gbit/s sürətinin effektiv və kəsintisiz təmin edilməsi mümkündür.
İstifadəçilər ətraflı məlumat üçün “155” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 6 d. əvvəl
-
-
24 d. əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
-
27 d. əvvəl
İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
- 52 d. əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
15 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb
İran qida məhsullarının ixracını qadağan edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!


























