Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi dünyanın ən qabaqcıl təqaüd proqramlarından birini qazanıb - MƏBLƏĞ
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi Zaur Allahverdiyev 2024-cü il üzrə Amerika Birləşmiş Ştatlarının “Hubert Hamfri” Tələbə Təqaüd Proqramını qazanıb.
Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yaydığı məlumatda bildirilir.
Dünyanın ən prestijli təqaüd proqramlarından sayılan “Hubert Hamfri”nin məzunları arasında nobel mükafatçıları, ölkə başçıları yer alıb. Qeyd edək ki, təqaüdün məbləği 75 min ABŞ dolları təşkil edir.
Zaur Allahverdiyev 2013-cü il Dünya Startap müsabiqəsinin mükafatçısı, 2014-cü ildə Respublika kompüter bilikləri olimpiadasının qalibi və 2022-ci ildə isə Malayziya hökumətinin MTCP təqaüd müsabiqənin qalibi olub. 2023- cü ildə Yaponiyanın JICA proqramının məzunudur.
Hazırda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnformasiya texnologiyaları şöbəsində çalışır.
O, qazandığı təqaüdlə bağlı təəssüratlarını bölüşüb:
“Hazırda İnformasiya texnologiyaları sahəsində dövlət sektorunda çalışan peşəkar biri olaraq, Maksvel Vətəndaşlıq və İctimaiyyətlə Əlaqələr Məktəbində təhsil alacağım bir il ərzində xidmətlərin və informasiya sistemlərinin yaradılması və istifadəsi zamanı daha əlçatan, innovativ və təhlükəsiz qaydalar ilə təşkili istiqamətində xüsusi yanaşmaların tətbiqini öyrənəcəyəm.
Bu istiqamətdə dünya təcrübəsində mövcud olan siyasət sənədlərinin hazırlanma prosesini, idarəçilik və liderlik sahələrində bacarıqlarımı genişləndirməyi arzu edirəm”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 d. əvvəl
-
- 26 d. əvvəl
-
30 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 56 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb


























