“Azərelektrikşəbəkətikinti” ötən il böyük məbləğdə zərər edib
“Azərelektrikşəbəkətikinti” ASC-nin 2022-ci ili 1 milyon 459 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 35 min 436 manat xalis mənfəət ilə bağlamışdı. Zərər gəlirlərin azalması ilə əlaqədardır.
Marja.az xəbər verir ki, 2021-ci ildə “Azərelektrikşəbəkətikinti”nin əsas əməliyyat gəlirləri 8 milyon 193 min manat ikən, 2022-ci ildə 116 min manata düşüb (70 dəfədən çox azalıb). Gəlirlərin azalmasına baxmayaraq şirkətin əməliyyat və inzibati xərcləri davam edib.
31 dekabr 2022-ci il tarixində “Azərelektrikşəbəkətikinti” 2 milyon 195 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 3 milyon 751 min manat cəmi aktivlərə malik idi (ötən il aktivləri 1 milyon 556 min manat azalıb).
Xatırladaq ki, 21 aprel 2023-cü il tarixində “Azərelektrikşəbəkətikinti” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdi. Yğıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdi:
1. Cəmiyyətin 2022-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı.
2. Cəmiyyətin ayrılma üsulu ilə yenidən təşkili.
3. Cəmiyyətin ləğv olunması.
4. Cəmiyyətin ləğv olunması ilə əlaqədar ləğvetmə komissiyasının (təsviyyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi.
5. İdarə heyətinin, direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının tərkibində dəyişiklik olunması.
6. ASC-nin nizamnaməsinə yeni redaksiyada düzəliş edilməsi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























