PAŞA Sığorta və PAŞA Həyat Naxçıvanda qəhrəman övladları üçün tədbir keçirdi
(®) Həyata keçirdikləri Korporativ Sosial Məsuliyyət layihələri ilə hər zaman cəmiyyətimiz üçün faydalı işlərə imza atan PAŞA Sığorta və PAŞA Həyat şirkətlərinin Naxçıvanda birgə sosial tədbiri baş tutub.
Heydər Əliyevin 100 illiyi, həmçinin 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir ümummilli liderin anadan olduğu Naxçıvan şəhərində baş tutub. Tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsində həyatlarını fəda etmiş şəhid və qazilərin övladlarına bayram sevinci yaşatmaq olub. Naxçıvan şəhərində məskunlaşan şəhid və qazi övladlarının iştirakı ilə həyata keçirilən tədbirdə uşaqlar üçün əyləncəli proqram və konsert təşkil edilib. Tədbirdə istedadlı uşaqlar öz xüsusi məharətlərini nümayiş etdiriblər, həmçinin tədbirin sonunda uşaqlara xüsusi hədiyyələr təqdim edilib.
Tədbirdə çıxış edən PAŞA Sığorta şirkətinin nümayəndəsi Məruz Əzməmmədova: “Bu gün bizim üçün mənəvi dəyəri yüksək olan bir tədbiri həyata keçirmək üçün buradayıq. Vətən müharibəsindən sonrakı dövrlərdə hər zaman şəhid və qazi ailələrimizin yanında olmağa, onların çətinliklərinə dəstək olmağa çalışırıq. İnanırıq ki, bu övladlarımız ümummilli liderimizin bizə əmanət etdiyi dövlətin inkişafında mühüm rol oynayacaq, dövlətimizi öz adları ilə birgə daha da yüksəklərə ucaldacaqlar”, – deyə öz fikirlərini paylaşıb.
PAŞA Həyat şirkətinin nümayəndəsi Məryam Xanım Abasəliyeva isə öz çıxışında: “PAŞA Həyat Sığorta” ASC özünün çoxşaxəli korporativ sosial məsuliyyət strategiyası çərçivəsində mütəmadi olaraq müxtəlif tədbir və aksiyalar həyata keçirir. Uzun illərdir ki, şirkətimiz bu istiqamətdə maariflənmənin təşviqi məqsədilə genişmiqyaslı aksiyalar təşkil edir, müxtəlif təhsil proqramlarının sponsoru qismində çıxış edir. Bu gün isə Naxçıvan şəhərində şəhid və qazi ailələri ilə görüşdən məmnunluq və fəxarət hissi duyuruq”, – deyə bildirib.
Qeyd edək ki, Naxçıvan şəhərində məskunlaşan əhaliyə peşəkar sığorta xidmətlərinin göstərilməsi məqsədilə növbəti aylar ərzində PAŞA Sığorta və PAŞA Həyat şirkətlərinin birgə ofisi fəaliyyətə başlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 5 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















