Beynəlxalq ekspert Azərbaycan agentliyində rəhbər vəzifəyə təyin edildi
Ona, Azərbaycanda relokasiya və texnopark layihələrinin təşviqi, eləcə də xarici şirkətlərin yerli İKT ekosisteminə cəlb edilməsi sahəsində strategiyanın gücləndirilməsi və modernləşdirilməsi vəzifələri tapşırılıb.İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi beynəlxalq səviyyəli mütəxəssisi işə cəlb edib: Lukas Tzitzis beynəlxalq biznesin inkişafı üzrə rəhbər vəzifəyə təyin edilib.
Bu barədə Marja-ya Agentlikdən bildirilib.
Qeyd edilib ki, informasiya, telekommunikasiya və tibbi texnologiyalar sahəsində yüksək təcrübəyə malik Lukas Tzitzis beynəlxalq şirkətlərdə əsas vəzifələrdə çalışıb, bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Onun idarəetmə təcrübəsi Böyük Britaniya, İsrail, Avstriya, Rumıniya, Estoniya, Avstraliya, Sinqapur, Yeni Zellandiya, eləcə də Mərkəzi və Şərqi Avropa, Avrasiya ölkələrində biznes əməliyyatlarını, İKT məhsullarının təchizatçılarını və sistem inteqratorlarını əhatə edir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin beynəlxalq biznesin inkişafı üzrə rəhbəri kimi L.Tzitzisin ən mühüm vəzifələri arasında Azərbaycanda relokasiya və texnopark layihələrinin təşviqi, eləcə də xarici şirkətlərin yerli İKT ekosisteminə cəlb edilməsi sahəsində strategiyanın gücləndirilməsi və modernləşdirilməsi dayanır.
İRİA-nın sədr əvəzi İnarə Vəliyeva yeni təyinatla bağlı fikrini bildirib:
“Lukasın İKT sahəsində öz zəngin təcrübəsi, regional, eləcə də qlobal mühitdə strateji bilik və bacarıqları ilə komandamıza dəyər qatacağına və Azərbaycanın təqdim etdiyi biznes fürsətləri, güzəştləri ilə bağlı qlobal bazarda məlumatlılığı artıracağına inanıram”
Lukas Tzitzis öz təyinatını belə şərh edib:
"İlk növbədə, Agentliyin komandasına qoşulmaq və onlarla birlikdə ölkədə texnoloji tərəqqinin gələcəyinə təsir göstərmək mənim üçün böyük şərəfdir.Hökumətin bu sahəyə olan yüksək marağı və yanaşması ilə bərabər, Azərbaycanda yükək həyat səviyyəsi və multikultural dəyərlər var ki, bu da beynəlxalq səviyyəli xarici mütəxəssislər üçün çox cəlbedicidir. İKT sahəsində perspektivlərə gəldikdə isə, Azərbaycan texnoloji sənayenin regional mərkəzinə çevrilmək üçün bütün imkanlara malikdir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin komandası ilə birlikdə ölkənin İKT ekosistemində biznesin və innovasiyaların inkişafı üçün bütün lazımi tədbirləri görəcəyik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat əvvəl
-
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
19 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
19 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















