"Sabirabad sənaye məhəlləsi anbar kimi istifadə olunur" - Deputat
“Açığını deyək ki, avtomobillərə tətbiq edilən gömrük yükü çox ağırdır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, vətəndaş Gürcüstandan ucuz avtomobil alıb gətirir, avtomobilə verdiyi məbləğdə, yaxud ondan daha çox rüsum ödəyir:
“Razıyam ki, ölkəmizdə daha çox keyfiyyətli avtomobil istehsal olunmalıdır. Amma bir çox məsələlər kağız üzərində qalır. Gəlin, görək, istehsal, tikinti, idxal və ixracda hamı üçün bərabər şərait yaradılırmı?”
Deputat sənaye zonaları və sənaye məhəllələrinin fəaliyyətinə də toxunub:
“İnvestisiya təşviq sənədinin verilməsi az qala cəhənnəm əzabına çevrilib. İnvestisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə Azərbaycan Prezidentinin fərmanı var. Cənab Prezident tərəfindən bütün addımlar atılır. Gəlin, görək, problem haradadır?
İqtisadiyyat Nazirliyinin məsul şəxsləri cavab versin ki, investisiya təşviq sənədlərinin verilməsini hansı meyar üzrə həyata keçirirlər? Sənaye zonaları və məhəllələrinin bir-ikisindən başqa digərləri niyə şəffaf deyil, niyə sərmayə qoymaq istəyənləri qəbul etmirlər, cəlb etmirlər? Sabirabad sənaye məhəlləsi anbar kimi istifadə olunur. Bəs, dövlətin qoyduğu külli-miqdarda vəsait hara getdi? İndi bir iş adamı sərmayə qoymaq istəsin, onu elə incidəcəklər ki, o ya ölkədən gedəcək, ya da sivil qaydada işləmək istəməyəcək, gedəcək hamı kimi “dədə-baba” qaydası ilə işləməyə. Olarmı belə?
Xanım sədr, istərdim ki, bir çox əlaqədar qurumların məsul şəxsləri ilə parlamentdə görüş keçirilsin və biz onlara konkret suallar ünvanlaya bilək”.
Spiker Sahibə Qafarova isə bildirib ki, deputatın əlində dedikləri ilə bağlı faktlar varsa, təqdim edə bilər: “Biz də baxaq, ondan sonra belə bir görüşün keçirilməsi barədə düşünək”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat əvvəl
-
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
19 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
19 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 19 saat əvvəl
-
20 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















